Logo

Bakı sakinləri Yeni ildə kimlərə görə əllərini ciblərinə salacaqlar?

Bakı sakinləri Yeni ildə kimlərə görə əllərini ciblərinə salacaqlar?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ACT Azərbaycan" 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində daha bir sorğu keçirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir.

Yeni il yaxınlaşdıqca bayramla bağlı xərclər də artır. Bu bayramda müzakirə olunan əsas mövzulardan biri də həddiyələrdir. Bəs Bakı sakinləri Yeni ildə kimlərə görə əllərini ciblərinə salacaqlar? 

Yeni ildə ən çox sevinənlər uşaqlar olacaq. Çünki 37 % repsondent məhz uşaqlara hədiyyə almağı düşünür. Respondentlərin dördə biri isə kimə hədiyyə alacağı qərarına gələ bilməyib (26%). Həyat yoldaşına hədiyyə almağı unutmayanlar 18% təşkil edir. Valideynini sevindirmək istəyənlər isə 17 %-dir. Dostlarına və qohumlarına sürpriz edənlərin faizi eynidir (8 %). Baba və nənələr isə nəvələrini sevindiricəklər (6%). Sevgilisindən hədiyyə gözləyənlərin gözü bu il yolda qalacaq. Belə ki, cəmi 2 % respondent Yeni ildə yarına hədiyyə almağı düşünür. Maraqlı odur ki, bayramda qonşularını unutmayanlar da var. Belə ki, 1 % respondent hədiyyə alarkən qonşusunun adını da siyahıya əlavə edəcək. 

Rəyi soruşulmuş respondentlərin, demək olar ki, yarısının (42 %) 15 yaşına qədər övladı var. Valideynlərin böyük əksəriyyəti onları yolka şənliklərinə aparacaq (73%). 26 % ana-ata yolka tədbirlərinə 10 AZN-ə qədər xərc çəkməyi planlaşdırır. Respondentlərin 4-də 1-i yeni il şənliklərinə 11-20 azn pul ödəyəcək. Yolka şənliklərinə 21-30 AZN və 31- 50 AZN ödəniş etmək istəyənlər, demək olar ki, eyni nəticələr göstəriblər (müvafiq olaraq 14 %, 13 %). Nisbətən bahalı şənliklər (51- 100 AZN) yalnız 2 % respondentin cibinə uyğundur. 1 % respondent isə Yeni il şənliyinə görə 101 AZN və daha çox pulundan keçməyə hazırdır. 

Bəs alınacaq hədiyyələrə nə qədər vəsait xərclənəcək?

Demək olar ki, respondentlərin yarısı Yeni il hədiyyələri üçün 1-50 AZN nəzərdə tutub (42%). Bu bayram hər 10 nəfərdən 1-i isə 50-100 AZN xərcə düşəcək (10%). 101- 200 AZN və 301-500 AZN xərc nəzərdə tutanların faizi eynidir (4 %). 2 % respondent isə əzizlərini sevindirmək üçün 201-300 AZN pulundan keçməyə hazırdır. 500 AZN və daha bahalı hədiyyələr cəmi 2 % respondentin cibinə uyğun gəlir.

Sorğu "ACT Azərbaycan" tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR