MÜALİCƏ OLMAĞA GETDİ Qolu Bu Günə Düşdü - ŞOK FOTOLAR
Braziliyalı həkimlər tibb tarixində bir ilki reallaşdıraraq bir xəstənin yanıqlarını müalicə etmək üçün balıq dərisi istifadə etdi.
Sfera.az bildirir ki, The Sun'da nəşr olunan xəbərə görə, iş yerində keçirdiyi qəzada boynu, qolları və üzündə ikinci dərəcə yanıqlardan ibarət olan Maria Ines Candido da Silvanın görən həkimlər, Alternativ bir müalicə üsulu sınamağa qərar verdi. 36 yaşındakı qadının yaraları Tilapia balığının dərisiylə sarıldı.
Maria, ilk başda tərəddüd etdi ancaq daha az acıyacağını və daha asan gerçəkləşdirələcəyini öyrənincə qəbul etdi.
Bədənində balıq dərisiylə gəzmənin inanılmaz bir təcrübə olduğunu söyləyən qadın, bir elmi bədii filmindəymiş kimi hiss etdiyini söylədi. Heç bir acı hiss etmədiyini, müalicənin yanıqları serinlətdiyini və rahatlatdığını əlavə etdi.
Balıq dərisi, Marianın boynunda və üzündə 11 gün qaldı. Sol əlindəki yanıqlar daha dərin olduğu üçün bir az daha çox gözlədildi. Əlindəki balıq dərisi 20 gün içərisində bir neçə dəfə dəyişdirildi. Həkimlər, balıq dərisini vazelin istifadə edərək dəridən ayırdı.
Dr. Edmar Maciel ilə Mr. Marcelo Borges'in başçılıq etdiyi proseduranın sınaqları bu ay 50 xəstə üzərində edildi.
Tilapia'nın seçilməsinin səbəbi, balığın Braziliyada olan, xəstəliklərə ən dayanıqlı şirin su balığı olmasıdır.
Analiz edilən Tilapia dərisinin ideal nisbətdə kollagen və yüksək dərəcədə nəm ehtiva etdiyi aydın oldu. Yəni quruması uzun zaman alır.
Bu xüsusiyyətlər, yanıqların yaxşılaşma müddətini sürətləndirir və xəstələrə lazımi zülalları təmin edir.















