Logo

Dənizdən qorxulu bədheybət çıxdı - İNANILMAZ - FOTOLAR

Dənizdən qorxulu bədheybət çıxdı - İNANILMAZ - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni Zelandiyada ötən ay baş verən zəlzələnin ardından hələ də bir çox maraqlı və inanılmaz görüntülər ortaya çıxmaqdadır.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, belə görüntülərdən biri bu günlərdə dəniz sahilində aşkar olunub. Belə ki, Melissa Doubleday adlı bir şəxs  çimərlikdə sahilə çıxmış vahiməli canlı tapıb.

Doubleday əvvəlcə bu canlının balina olduğunu güman edir, ancaq daha sonra yanıldığı ortaya çıxır. Bundan sonra həmin canlının şəkillərini çəkir, daha sonra isə sosial şəbəkədə paylaşır.

Üzərində xeyli sayda dəniz ilbizləri olan  bu canlı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bu canlının "kosmosdan gələn zaman kapsulu", "Muriwai əjdahası", "sahildəki Milad ağacı" və s. olduğunu iddia ediblər. Ancaq sonradan məlum olub ki, bu nəhəng bədheybət sadəcə okean sularının sahilə çıxardığı  ağac parçasıdır. Ağac parçasının üzərini dəniz ilbizləri bürüdüyündən belə qorxulu mənzərə ortaya çıxıb.

Depremden sonra denizden 'canavar' çıktı! 1.resim

Depremden sonra denizden 'canavar' çıktı! 3.resim

Depremden sonra denizden 'canavar' çıktı! 4.resim

Depremden sonra denizden 'canavar' çıktı! 2.resim

Zəhra

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR