İçini görəndə balaca dilinizi udacaqsız! FOTOLAR
Fransız cütlüyün yaşamaq üçün seçdiyi ev onların ətrafındakı insanları heyrətə gətirib.
Sfera.az bildirir ki, gənc cütlük Aleksis Lamor və Lotte Riel bir çox gəncin başa düşəcəyi sıxıntılar içərisində idilər. Daimi iş yerləri yox idi və kirayə pulunu ödəyə bilmirdilər.
Bir gün hərracda Fransanın Loire vadisində sadəcə, 1 avroya bir mağara-ev aldılar. Ancaq aldıqları mağara-evın içi evdən daha çox böyük bir zilliyə bənzəyirdi.
Buranı təkrar bir evə bənzətmək üçün qollarını çırmalayan gəncləri maddi-mənəvi çətinliklərlə dolu bir proses gözləyirdi.
Maliyyə vəsaitləri olmayan cütlük 25.000 avro məbləğində kredit borcu üçün on banka müraciət etsələr də, onların daimi iş yerləri olmadığına görə banklardan müsbət cavab ala bilməyiblər.
Gənclər daha sonra çarəni Aleksisin atasının restoranında işləməkdə tapıblar. Və ardıcıl üç il işləyərək, pul yığan cütlük onları tanıyan insanları heyran salan dəyişikliklərlə öz yeni evlərini yarada biliblər.






