Tarixdə bu gün-1 dekabr
Kateqoriya məlum deyil

1887 — Şerlok Holmsdan bəhs edən ilk roman — "Al-qırmızı tonlarda etüd", çapdan çıxdı.
1913 — İlk konveyer xətti Ford Motor Company zavodlarında quruldu.1918 — İslandiya Danimarka krallığı tərkibində suveren dövlət oldu.
1943 — Üç müttəfiq dövlətin başçılarının - SSRİ (İosif Stalin), ABŞ (Franklin Ruzvelt) və Böyük Britaniya (Uinston Çörçil) iştirakı ilə Tehran konfransı işə başladı.
1959 — İmzalanan Antarktika haqqında konvensiyaya əsasən Antarktikadan hər hansı hərbi məqsəd üçün istifadə qadağan edildi.
1990 — La-Manş boğazı altında tunel qazan Fransa və Böyük Britaniya qazmaçıları bir-biri ilə görüşdülər.
2009 — Avropa Birliyində Lissabon müqaviləsi qüvvəyə mindi.






