Logo

KFC toyuqlarının orijinal gizli resepti!!!

KFC toyuqlarının orijinal gizli resepti!!!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Təxminən 67 ilə yaxındır ki, (1940-cı ildən) məhşur KFC şirkəti özünün qızardılmış toyuq reseptini diqqətli şəkildə sirr olaraq saxlayırdı. Son zamanlarda bu sirr mətbuata sızdı. Artıq dadlı toyuq qızartmasını evdə də edə biləcəksiniz.

"Araşdırmaçı” olaraq həmin əfsanəvi resepti sizə təqdim edirik:

Bişirmə müddəti: 30 dəq
Bastırma müddəti: 20-30 dəq
Qızartma müddəti: 15-18 dəq
Porsiyalar: 4

Ərzaqlar:
2 stəkan un
2/3 xörək qaşığı duz
1/2 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 xörək qaşığı qurudulmuş reyhan
1/3 xörək qaşığı qurudulmuş mərcanköşk
1 xörək qaşığı kərəviz duzu
1 xörək qaşığı üyüdülmüş qara istiot
1 xörək qaşığı quru xardal
4 xörək qaşığı şirin bibər tozu
2 xörək qaşığı sarımsaq duzu
1 xörək qaşığı zəncəfil
3 xörək qaşığı üyüdülmüş ağ bibər
1 fincan az yağlı krem
1ədəd çalınmış yumurta
1 ədəd dilimlənmiş toyuq, file hissəsi daha yaxşı qızarması üçün əlavə olaraq yarıya bölünmüş olmalıdır.
Kanola yağı (Canoil, rasp bitkisinin yağı)


KFC toyuqlarının orijinal gizli resepti!!!


Hazırlanma qaydası:

Unu və bütün ədviyyatları bir qabda qarışdırın.

Başqa bir qabda az yağlı kremlə yumurtanı qarışdırın. Toyuq tikələrini 20-30 dəq, otaq temperaturunda yumurta və krem qarışığında saxlayın.

Toyuq tikələrini krem qarışığından çıxarıb son damcı düşənə qədər gözləyin. Sonra tikəni üstü tam örtülənə qədər un və ədviyyat qarışığına salın. Sonra artıq hissəni silkələyib rəfə qoyun və 20 dəq gözləyin.

Toyuğun qızardılmağa hazır olmasını gözləyərkən,  ortalama 175 dərəcə  temperaturda,  qalın və hündür kənarları olan bir qaba 8 sm yağ süzün.  Mətbəx termometrində temperetura nəzarət edin. Temperatur 175 dərəcəyə çatanda temperaturu orta səviyyəyə azaldın. 3-4 toyuq tikəsini qızılı-qəhvəyi rəng (15-18dəq) alana qədər yalnız bir dəfə çevirməklə qızardın. Qızarmış tikələri kağız dəsmalla örtülmüş qaba yerləşdirin.


KFC toyuqlarının orijinal gizli resepti!!!


Qeyd edirik ki, təqdim etdiyimiz resept orijinal resept olduğuna görə bəzi ədviyyatların adı sizə tanış olmaya bilər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR