Azərbaycandan getmək istəyənlərin diqqətinə: - Bu ölkədə PULSUZ EV, YEMƏK, GEYİM verilir... FOTO
Dünyanın ən qonaqpərvər xalqlarından biri də albanlardır.
Yerli sakinlər bura qonaq və ya qaçqın kimi gələnlərə doğmalıqlarını isti ocaqları, qaynar xörəkləri və qalın geyimləri ilə nümayiş etdirirlər. Onlara lazım olarsa, isti düşərgə də verilir. Heç bir təmənna olmadan. Öncələr də bu torpaq müxətlif ölkələrdən bura üz tutan qaçqınlara ev sahibliyi edib.
Hələ 1990-cı illərdə Kosovo müharibəsindən sonra 500 minə yaxın qaçqın bu ölkənin sərhədlərini keçib. Kosovalı qaçqın Nevila Muka o günləri belə xatırlayır:
"Yadımdadır,mən balaca idim. Anamla birgə bura gəlmişdik. Mən burada məskunlaşdığımız balaca evdəki oyuncaqlarla oynayırdım. Onların çox gözəl əl qabiliyyəti var. Bişirdikləri o gözəl çörəyin tamı hələ də damağımdan getməyib”.
Albaniyanın əsrlər öncə yazılmış "Besa” adlı "qanun”unda xalqın qonaqpərvərliyi haqda danışılır. Xalq əsrlərlə gələn bu ənənəni çox sevir. Yazılan "Qanun” heç də onların rahatlığını pozmur. Albaniyalılar deyir ki, qaçqın və turistləri evdə qəbul etmək, onları qida və geyimlə təmin etmək onlar üçün qürurdur.
Onlar hər gün şəhərin ən hündür yerinə çıxaraq belə səslənirlər: "Kimə ev lazımsa, qapımızı döysün, günün hansı vaxt olması önəmli deyil”.
Albaniyanın baş naziri Edi Ram da dəfələrlə beynəlxalq arenada ölkəsinin qonaqpərvərliyini nümayiş edib. O, suriyalı qaçqınların ölkəyə gətirilməsi üçün bir sıra beynəlxalq təşkilatlara müraciət edib. (Cəhbə.info)






