Nuhun zamanında olan Böyük Tufandakı sel suları tapıldı -ŞOK İDDİA
Kateqoriya məlum deyil
Sfera.az xəbər verir ki, rus elm adamlarının, dünyanın ən dərin dəliyində Hz.Nuhun zamanında olan Böyük Tufandakı sel sularını tapdıqları iddia edilir. Sovetlər Birliyi zamanında elmi bir layihə çərçivəsində yer qabığına qədər enmək üçün açılan 12 min 345 metr dərinliyində "Kola Sondajı"nın əhəmiyyətli bir maneə ilə qarşılaşdığı deyilir. Buna isə digər bir fakta görə əsaslanırlar. Belə ki, "YouTube"də sui-qəsd nəzəriyyələrinə yer verən bir kanalın videosunda yer alan xəbərdə, heç bir elmi cəhdin dünyanın mantiya, ya da yer qabığı təbəqəsinə qədər enə bilmədiyi bildirilir. Bunun səbəbi isə Böyük Tufandan sonra sel sularının yer üzünün dərinliklərinə enməsidir. Videoda dünyadakı ən böyük dəlik olaraq bilinən "Kola Super Dərin" qazma açılarkən böyük bir su kütləsilə qarşılaşıldığı və bu səbəblə işlərin yarım qaldığı izah edilir. Videonu səsləndirən adam,—"Qayalar məsaməli quruluşda deyildirlər, amma orada da su var. Bu da dünyanı bir zamanlar örtən böyük bir selin meydana gəldiyi iddiasını sübut edir"—deyir.(moderator.az)






