Logo

Bu portretlərə əsla baxmayın, yoxsa...- Dünyanın lənətlənmiş şəkilləri

Bu portretlərə əsla baxmayın, yoxsa...- Dünyanın lənətlənmiş şəkilləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu portretlər  həqiqətən də bütün dünyada "lənətlənmiş fotolar” adlandırılır. Sayları on birdir. Aralarındakı iki şəkilin mahiyyəti  isə lənətdən də o tərəfə gedib çıxıb – onlara bir müddət baxan adamlar daha sonra intihar edib...  Təbii ki, həm onları, həm də başqalarını insanların qorxularını nəzərə alaraq məhv ediblər. İndi həmin "intihar portretləri” haqqında yalnız əfsanələr qalıb.

Sfera.az dünyanın 11 lənətli tablosundan üçünü təqdim edir:

1-"Ağlayan uşaq” portreti

1980-ci illərin əvvəllərində italyan rəssam B. Amadio tərəfindən çəkilib. Çox böyük dərin məzmuna və təsir gücünə malikdir. Portreti  saflığın, məsuliyyətin yaşanan reallıqlara qarşı üsyanı kimi də adlandırmaq olar. Lakin tablonu bu detallar deyil, özünəməxsus mistik gücü dünyada məşhur edib. Olduğu bütün evlərdə yanğın baş verib, həmçinin digər fəlakətlər də yaşanıb. Yanğının baş verdiyi evlərdə hər şey yansa da, portretə heç nə olmayıb. Ard-arda yaşanan analoji olaylardan sonra İngiltərənin məşhur "The Sun” qəzeti portretlə bağlı aksiya keçirib: yüzlərlə oxucu redaksiyanın qarşısına yığışaraq, onu yandırıblar. Yanğın zamanı salamat qalan tablonun oxucuların təpkisindən sonra yanmağının özündə də möcüzə gizlənir...

2-"Sehrli qız” tablosu

Əsər şərti olaraq belə adlandırılıb. Avstraliyadakı Driskill otelinin hollunda saxlanılan portret müştərilərin şikayətləri əsasında beşinci mərtəbəyə qaldırılıb. Otelə gələn müştərilər portretə bir müddət baxandan sonra başlarının gicəlləndiklərini, xəstəhal olduqlarını bildiriblər. Otel rəhbərliyi öncə şikayətlərə əhəmiyyət verməyib. Lakin sonradan ard-arası kəsilməyən etirazlar səbəbindən portret holdan yığışdırılıb.

3-"Bernardo De Qalvez” tablosu

"Qalvez” otelində məkanın  qurucusuna aid tablo da lənətlənmiş hesab olunur. Portretdə Qalvezin gözləri bütün insanları təqib edir. Oteldəki müştərilər bunu hiss etdikdən sonra müəyyən qorxuya düşüblər. Amma otelin yaradıcısının xatirəsinə ehtiram olaraq tablo yerindən götürülməyib. Bu da insanların etirazına səbəb olub.

Bu portretlərə əsla baxmayın, yoxsa...- Dünyanın lənətlənmiş şəkilləri

Bernardo de Galvez

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR