Ölkəsi olmayan adamın sirri – Əsrarəngiz faktlar, açılmayan sirlər
1954-cü ilin iyul ayında Tokio hava limanına xarici görünüşünə görə qafqazlıya bənzər bir adam gəldi. Pasportu yoxlanarkən məlum oldu ki, turist Taured adlı ölkədən qonaq gəlib. Pasport saxta deyildi, lakin xəritədə Taured adlı ölkə yoix idi. Turistdən ölkəsinin yerini göstərmək xahiş olunduqda o Andorra knyazlığının yerini göstərdi və xəritədə ölkəsinin adını görməyincə qəzəbləndiyini və təhqir olunduğunu bildiridi. O söylədi ki, Taured artıq min yaşı tamam olmuş qüdrətli bir dövlətdir..Yapon polisləri bu şübhəli şəxsi nəzarətxanaya aldılar. Lakin bir neçə saat sonra ona baş çəkəndə hər kəs mat qaldı. Turist pəncərəsi belə olmayan qapalı otaqdan yoxa çıxmışdı.
Simasız dustaq
1703-cü il noyabrın 19-da Bastiliya qalasının Sent- Pol məzarlığında ömrünün 35 ilini zindanda keçirmiş bir nəfər dəfn olundu.Məsələnin maraq doğuran tərəfi bu idi ki, bu insanın başına dəmir maska keçirilmişdi və 35 il ərzində heç kim onun üzünü görməmişdi. Dustağın hansı səbəblə həbs olunması da heç kimə məlum olmadı və o, bu sirri özü ilə əbədiyyətə apardı.
Hitlerin xəzinəsi
Hitlerin itmiş xəzinəsi tapılsa onun bu günkü qiyməti möhtəşəm olardı. Hitlerin xəzinəsində 5 milyard dollar dəyərində qızıl külçələr, zərgərlik məmulatlar, xarici valyutalar və qiymətli daşlar, eləcə də əntiq incəsənət əsərləri toplanmışdı. Lakin II dünya Müharibəsi başa çatmağa az qalmış bu xəzinə faşist Reysbankının seyflərindən müəmmalı şəkildə yoxa çıxdı.
Qədim freskalarda NUO rəsmləri
İntibah dövrü rəssamlarının əsərlərinə diqqətlə baxdıqda onların əksəriyyətinəd havada uçan naməlum cismin rəsmi diqqət çəkir. O dövrlər üçün bu detallar dini atributlarla əlaqələndirilmiş ola bilərdi, lakin indiki baxış bucağından nəzər saldıqda bu təsvirlərin, uçan gəmilər və ya uçan boşqablar olduğu aydın görünməkdədir. Qədim insanların gündəlik həyat tərzi kimi adiləşdirdiyi bu təsvirlərdəki naməlum obyektlərlə əlaqəsinin olub- olmaması sualı cavabsız qalır.
Aydakı piramida
Ayda həqiqətən piramida mövcuddurmu? 1972-ci ildə "Apollon-17” missiyasının yerə göndərdiyi təsvirdə piamida açıq şəkildə görsənməkdədir. Lakin NASA bu fakta tutarlı bir açıqlama verməyərək təkzib edir.
Naməlum qüvvvə
1959-cu il fevralın 2-də Ural Politexnik Universitetinin 9 nəfərlik təcrübəli alpinistlərdən ibarət tədqiqat qrupu Ural dağlarında ölü tapıldı. Sovet polislərinin apardıqları istintaq tədbirlərindən sonra cinayət işində belə qeyd edildi. Alpinistlər naməlum qüvvə tərəfindən qətl ediliblər. Maraqlıdır ki, ölənlərdən birinin (qadın) dili qoparılmış, 4 nəfərin beyni daxili travma keçirmiş, digərlərinin isə bədənlərində zorakılıq əlamətləri aşkarlanmışdı. Lakin onları nəyin və ya kimin öldürməsi sirr olaraq qaldı.
Buve adasının sirri
Atlantik okeanının cənub hissəsində yerləşən Buve vulkanik adasında insan yaşamır. Burda göz uzanıqca vulkanik bazalt, buzlaq və dumanlardan başqa bir şey görünmür. Lakin adanın tam ortasında don tutmuş bir qayıq tədqiqatçıların marağını cəlb edib. Adada insan skeletlərinə və ya digər insan izlərinə rast gəlinməyib. Bəs bu qayıq kimsəsiz adanın tam ortasına necə düşüb?
"Qara cənagavər” adı verilən müəmmalı peyk
Astranomiyada "Qara cəngavər” adlı peyk nəzəriyyəsi 1998-ci ildə NASA-nın”İndevor” adlı şatlının göndərdiyi təsvirlərdən sonra yarandı. Bu qəribə obyekt heç bir Yer dövlətinə məxsus deyil. Mütəxəssislərin versiyasına görə o, 13 min ildir Yer kürəsi ətrafında fırlanır.(bizimyol.biz)






