Logo

Prezidentin 100 milyon dollarlıq mülkü - fotolar

Prezidentin 100 milyon dollarlıq mülkü - fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın yeni prezidenti Donald Trampın 100 milyon dollarlıq evi görənləri heyrətə salır.

Sfera.az xarici KİV-ə istinadən məlumatına görə, hazırda Tramp illərdir Nyu-Yorkda özünün inşa etdirdiyi "Trump Tower"in sonuncu mərtəbəsində ailəsi - birinci xanım Melania və oğlu ilə yaşayır.

66-cı mərtəbədə yerləşən lüks ev bahalı xalılar, mərmərlər, qızılı mebellərlə bəzədilib. Evin bir çox detalı qızılı örtüklə örtülüb. O, milyonlarla dollar dəyəri olan sənət əsərləri ilə zəngindir. 
Bundan başqa, malikanədə yunan mifologiyasına aid xeyli detallar da var. Məsələn, eşq tanrısı hesab edilən Eros və Psychenin bürünc heykəli.

Mənzilin dekorasiyasında Fransadakı Yelisey sarayından ilham alınıb. Dizayn 14-cü əsr Luis dönəmi memarlığının nümunələri ilə zəngindir.
 
Qeyd edək ki, ABŞ-ın qalmaqalları ilə seçilən yeni prezidenti yanvar ayından vəzifəsinin icrasına başlayacaq. Təhvil-təslimdən sonra o, Ağ evə köçəcək. 

Prezidentin 100 milyon dollarlıq mülkü - fotolar

Prezidentin 100 milyon dollarlıq mülkü - fotolar

Prezidentin 100 milyon dollarlıq mülkü - fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR