İşlənmiş maşın alarkən diqqətli olun! - İşbazlar yeni fırıldağa əl atıb - VİDEO
Kateqoriya məlum deyil
İşlənmiş avtomobil alan zaman bəzi nüanslara diqqət etmək lazımdır, çünki aldana bilərsiz. Bəzi alverçilər satdıqları avtomobilin detallarını ucuz və keyfiyyətsizlərlə dəyişdir. Hətta bəzi detallar var ki, onda sıxmalar aparmaqla ömrünü uzatmaq mümkündür.
Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, bir çox avtomobil sahibləri tezliklə satmağı planlaşdırdığı nəqliyyat vasitəsini təmir etdirərkən xərci az olsun deyə dublikat ehtiyyat hissələrinə üstünlük verir. Ehtiyyat hissələri satıcıları isə original və dublikat arasında böyük qiymət fərqi olduğunu deyir.
Mütəxəssislər bildirir ki, avtomobil alanlar həmin vaxt aldanmamaq üçün nasazlıq müşahidə edilməsə də mütləq güvəndikləri ustaya müraciət etməlidirlər.






