Logo

“Apple” gələn il yeni “iPad” buraxacaq

“Apple” gələn il yeni “iPad” buraxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2017-ci ilin yazında "Apple” şirkəti özünün yeni model "iPad” planşetini bazara çıxaracaq.

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, təkmilləşdirilmiş yeni cihazın təqdimatı 2017-ci ilin mart ayında baş tuta bilər.

Mütəxəssislər yeni "iPad”in necə olacağını təhlil etməyə çalışıb. Bunun üçün "Apple”ın sifariş etdiyi yeni komponentlər barədə məlumatlardan istifadə olunub. Onların fikrincə, yeni cihazın əsas versiyası 12,9 diaqonala malik displeylə təqdim ediləcək. Az gəlirli təbəqələr üçün kiçik ekranlı (9,7 və 10,9) planşet nəzərdə tutulub.

"Apple” məhsullarının növbəti yenilənməsi onunla əlaqələndirilir ki, 2017-ci ildə ilk "iPhone”un satışa çıxarılmasının 10-cu ildönümüdür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR