Ərəb şeyxlərinin lüks maşın karvanı yenidən - Azərbaycanda
Kateqoriya məlum deyil
Onlar Ağcabədidə Qızıl Quş axtarırlar
Ərəb şeyxlərinin lüks maşın karvanı Ağcabədidə görünüb. Bu barədə Cebhe.info-nun bölgə müxbirinə yerli sakinlər məlumat verib. Məlumatda ərəb turstlərin Ağcabədi rayonuna xeyli sayda lüks "CİP"-lərin sıralandığı maşın karvanı ilə gəldikləri bildirilir. Təxminən saat 16:20 radələrində rayona Zərdab rayonu ərazisindən gələn yolla daxil olan "quş ovçuları"nın hazırda ərazilərdə Qızıl quş axtarışında olduqları da xəbərlər arasındadır. Digər məlumatda isə ərəblərin Ağcabədi şəhərində yerləşən "Versace" oteldə qaldıqları deyilir.






