500 il əvvəl qurban edilən qızın sirri açıldı - FOTOLAR
Alimlər 500 il əvvəl qurban edilərək Argentina torpaqlarındakı yanardağın zirvəsinə basdırılan "İnka” mumiyasının ölümünə aid sirr pərdəsini açıb. Nyu York universitetindən olan bir qrup illərdir bu qızın möhkəm qaldığının sirrini araşdırıb. 14,15 yaşlı qızın mumyası Argentina və Çili arasındakı sərhəddə dəniz səviyyəsindən 6739 metr yüksəklikdə Lyulyaylyako vulkanın yaxınlığında buzun içərisinə basdırılmış halda tapılıb. Aradan 500 il keçməsinə baxmayaraq dünən ölmüş canlı kimi duran və heç bir orqanı, hətta üzərindəki geyimlər belə çürüməyən qızın İnk qəbiləsindən olduğu məlum olub. 1999-ci ildə olan inanılmaz mumiya üzərində illərdir araşdırmalar aparılır. Qızın ağciyərində tüberküloza bənzəyən ağciyər infeksiyasına rast gəlinib. İlk dəfədir ki, bir mumyada infeksiya tapılıb. Mumyanın DNT testlərində bütün hüceyrələrinin sağlam olduğu müəyyən olunub. Qızın mumyasının qızıl, gümüş, geyim, yemək və bilinməyən ağ quş tükləri qızın qurban edilmiş olma ehtimalını artırıb.






