Logo

2060-cı ildə dünyanın axırıdır?

2060-cı ildə dünyanın axırıdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük ingilis alimi İsaak Nyutonun adı çoxlarına orta məktəb dərsliklərindən onun 3 qanunu ilə tanışdır. Bu 3 qanun bütün mexaniki hərəkəti izah edir.

Ali məktəblərdə Nyutonun adı ali riyaziyyatla bağlıdır. İnteqral, differensial hesabı, faktiki ali riyaziyyatı məhz Nyuton yaradıb.

Sfera.az azadliq.org-a istinadən bildirir ki, bütün bunlar yaxşı məlum olsa da, Nyutonun Axirət gününün vaxtı haqda yazdıqları çoxlarına yəqin ki, məlum deyil.

Nyutonun hesablamasına görə, Axirət 2060-cı ilə düşür. Nyutonun hesablaması dini kitablarda deyilənlərə əsaslanır. Nyutonun 1704-cü ildə yazdığı məktubda deyilir ki, o, Bibliyada yer alan Danielin (müsəlmanlarda Danyal) Kitabı əsasında dünyanın axırının nə vaxta düşdüyünü hesablayıb. Bu məktub hazırda Yerusəlim Universitetindədir.

Müasir fizikanın və ali riyaziyyatın əsasını qoyan, tarix boyu dünaynın ən böyük alimlərindən biri hesab olunan, öz kəskin rasionallığı ilə tanınan Nyutonun dini mövzuda belə bir işi böyük maraq doğurur.

O da maraqlıdır ki, məktubda Nyuton əminliklə yazır ki, Bibliya Axirətin 2060-cı ildə olacağını göstərir. (ardı aşağıda)

2060-cı ildə dünyanın axırıdır?
Ancaq xüsusi qeyd olunmalıdır ki, Nyuton dünyanın axırının məhz 2060-cı ildə olacağını iddia etmir, o, yazır ki, Bibliya Axirətin 2060-cı ildə olduğunu bildirir.

Nyuton bununla bağlı qeyd edir ki, "Axirət gec də ola bilər, ancaq tez olmağına səbəb görmürəm".

Danielin Kitabı əsasında Nyutonun bunu necə hesablaması indiyədək aydın deyil.

Ancaq dini mövzuda Nyutonun digər proqnozu düz çıxdı.

Başqa bir məktubunda Nyuton Bibliyada peyğəmbərlərin dedikləri əsasında belə nəticəyə gəlirdi ki, yəhudilər Müqəddəs Torpağa Axirətdən qabaq qayıdacaqlar.

Nyutonun bu məktubları hazırda İsrail Milli Kitabxanasında saxlanılır. Həmin sənədlər İngiltərədə Portsmutda bir evdə sandıqda 250 il yatıb-qalmışdı və 1930-cu illərdə hərracda satılandan sonra dünyaya məlum oldu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR