Logo

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

Donald Tramp necə qalib gəldi? - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gözlənilməz baş verdi. Hamının ABŞ-ın ilk qadın prezidenti adlandıracağını düşündüyü, 8 il ABŞ-ın birinci xanımı olan, uzun illər dövlət katibi kimi çalışan Hillari Klinton prezident seçkilərində məğlub oldu. Bu məğlubiyyət gözlənilməz, təəccüblü oldu, bütün dünyanı şoka saldı desək, yanılmarıq. Milyarder, biznesmen, iqtisadçı Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Amerikalıların böyük əksəriyyəti Demokratlar Partiyasının hakimiyyətdə olduğu illərdəki səhvləri bağışlamadı.

ABŞ-ın yeni prezidenti seçilən Respublikaçıların namizədi Donald Tramp qələbə çıxışında hamıya təşəkkür edərək bildirib ki, bu, Amerika xalqının qələbəsidir. Tramp, ölkədə yeni meqalayihələrin əsasını qoyacağını vurğulayıb. Dünyaya çağırış edən Tramp bəyan edib ki, o, Amerikanın maraqlarını həmişə ön planda tutacaq, ABŞ bütün ölkələrə qarşı ədalətli davranışlar sərgiləyəck və Vaşintqon hamıya qarşı eyni münasibət bəsləyəcək.

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

Ancaq hamını bir sual maraqlandırır ki, Donald Tramp necə qalib gəldi? Bu sualın cavabını ATV.az-a millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov şərh edib:

"Necə deyərlər möcüzə baş verdi, artıq bu reallıqdır. 278 səsi Tramp toplayıb, 218 səsi Hillari Klinton. 270 səsin toplanması kifayət edir ki, prezident olasan. İndi sual yaranır ki, nə baş verdi? Amerika Birləşmiş Ştatlarında yazılmayan belə bir qayda var: Hansı prezidentliyə namizəd Ohayo ştatında qalib gəlirsə, deyirlər ki, o, artıq prezident seçiləcək. Çünki, Ohayo ştatı çox sərt iqlimə malik ərazidir. Və bu ərazidə seçicidən soruşanda ki, kimə səs verəcəksən? O, bir namizədin adını deyə bilər. Eyni sualla bir saat sonra ona yaxınlaşanda, o, həmin bir saat ərzində mövqeyini dəyişə bilər. Və Ohayo ştatında qalib gəlmək seçkilərdə qalib gəlmək deməkdir. Bu cür tərəddüd edən ştatların sayı 11-dir. Məlum ştatlar var ki, birmənalı Demokratları müdafiə edirlər və ya Respublikaçıları dəstəkləyirlər. Amma 11 ştatda isə vəziyyət çox qəlizdir. Bunlar Florida, Cənubi Dakorta, Şimali Dakortadır, Ohayo ştatları və s.-dir.

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

İkincisi, Donald Trampı bir çox hallarda irqçi bəyənatlarla çıxış etməkdə ittiham edirlər. Və irqçi bəyənat o deməkdir ki, Birləşmiş Ştatlardakı afroamerikalıların əleyhinə, Latın amerikalıların əleyhinə mövqe bildirib. Hətta, Meksika ilə bir hasarın çəkilməsi ilə bağlı bəyənat vermişdi. Belə olan halda çox qəribə vəziyyət əmələ gəldi. Latın amerikalılar Birləşmiş Ştatlarda əhalinin 16 faizidir. Mütləq əksəriyyəti Trampı müdafiə etdilər, lakin tam əksi gözlənilirdi. Onda nə baş verir? Belə çıxır ki, Hillari Klintonun nəzarətində olan çoxsaylı kütləvi informasiya vasitələri Trampın bu və ya digər ideyası üzərində işləyib, onu fərqli müstəvidə cəmiyyətə çatdırıblar. Əks halda Latın amerikalılar onu müdafiə etməzdilər. Və ən başlıcası hesab edirəm ki, Trampa ona görə səs vermədilər ki, ona həddindən artıq sevgi-məhəbbət var idi. Ona görə səs verdilər ki, Demokratların hakimiyyətdə olduğu 8 il ərzində onlar nə daxili problemlərinin həllində, nə xarici siyasətdəki problemlərinin həllində heç bir nailiyyət qazanmadılar. Prezidentliyi Demokratlar Partiyası udurdu, amma aralıq seçkilərdə, Konqres seçkilərində Respublikaçılar qalib gəlirdilər. Deməli hakim partiyanın öz siyasətini həyata keçirməsinə Konqres mane olurdu və tez-tez belə toqquşmalar nəticəsində heç bir ideyanı həyata keçirmək mümkün olmurdu.

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

Amma bu gün nə baş verdi? Tramp ümumilli miqyasda prezident seçkilərində qalib gəldi, partiyası Konqresin həm Nümayəndələr Palatasında həm də Senatda qalib gəlib. Eyni zamanda ən son məlumata görə, 50 qubernatorun 31-i  Respublikaçıdır, 18-i Demokratlardandır, o bir yerin sahibi hələ məlum deyil. Hətta bu baxımdan da Respublikaçılar qalib gəldi. Bu, böyük sürpriz idi. Hesab edirəm ki, biz indi Donald Trampdan yeni-yeni sürprizlər də gözləyə bilərik. O, artıq qalib kimi xalqa müraciət edib və qeyd edib ki, bütün amerikalıların prezidenti olacaq. Deməli bu həm də barışığa bir çağırışdır.”

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

Elman Nəsirov deyir ki, güman edirik ki, Tramp ilk növbədə öz siyasətini Barak Obamanın, Demokratların buraxdığı səhvlər üzərində quracaq: "Səhvlər həm daxili, həm də xarici siyasətlə bağlıdır. Amma bizim üçün ən maraqlısı xarici siyasət məsələləridir. Bu Trampın fikirləridir: "Birləşmiş Ştatlar özünün ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq siyasətindən imtina edir. ABŞ öz enerjisini, potensialını özünün çoxsaylı problemlərinin həllinə sərf etməlidir. Gedib ayrı-ayrı dövlətlərdə siyasi rejimləri devirmək siyasətilə məşğul olmamalıdır. Bu, dünyada Amerikaya bir nifrət hissi oyadır”.

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

Millət vəkili bildirir ki, Birləşmiş Ştatlarda Demokratların 8 illik hakimiyyəti illərində Azərbaycanda insan hüquqlarının, demokratiyanın pozulması ilə bağlı ittihamlar, yalanlar, iftiralar səsləndirilib: "Təkcə ABŞ deyil, eyni zamanda ondan maliyyə dəstəyi alan, himayəsində saxladığı ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatları da Azərbaycana qarşı belə qərəzli mövqedən çıxış eləyiblər. Bu gün prezident seçilmiş Tramp bu siyasətdən imtina ilə bağlı bəyənat verib. Seçkiqabağı kompaniyasında da bu fikirləri söyləyib. Belə olan təqdirdə hesab edirəm ki, Azərbaycanla münasibətlərin normallaşması və inkişafı üçün yeni imkanlar yaranır”. Elman Nəsirovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də Demokratlar çox passiv mövqedə dayandı və çox zaman ermənipərəst mövqedən çıxış elədi: "Elə uzağa getməyək, ABŞ-ın dövlət katibi Con Kerrinin son bəyənatı buna misaldır. Azərbaycan Prezidenti İlham Əliyev onun bu qərəzli bəyənatına yumşaq desək insafsızcasına söylənmiş bəyənat kimi qiymət verdi. Və belə olan vəziyyətdə nəzərə alsaq ki, yeni prezident köhnə prezidentin səhvlərindən imtina etmək istəyir, deməli bu istiqamətdə də Donald Tramp səhvlər buraxmamaq siyasətini həyata keçirməlidir.

Donald Tramp necə qalib gəldi? - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR