Logo

"15 noyabrdan etibarən dünya 15 gün qaranlıqda qalacaq" - VİDEO

"15 noyabrdan etibarən dünya 15 gün qaranlıqda qalacaq" - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər bir çox Azərbaycan saytlarında 15 noyabr  tarixindən dünyanın 15 gün qaranlıqda qalacağı haqda yazılar dərc olunur. Sfera.az olaraq  bu xəbərin nə dərəcədə  doğru olduğunu araşdırdıq.

Məlum oldu ki, bu xəbər  dünya saytlarında  düz  bir il bundan öncə dərc olunub. Sən demə, NASA  belə bir  proqnozu  2015-ci ilin noyabr ayı üçün verib.

Ötənilki iddialara görə, qaranlıq günlərin 15 noyabrda başlaması və 30 noyabrda bitməsi gözlənilirdi.

Noyabr ayında reallaşacaq hadisəyə Venera və Yupiter planetlərinin səbəb oldacağı və başqa  astronomik hadisədən qaynaqlanacağı irəli sürülürdü.

ABŞ prezidenti Barak Obama tərəfindən NASA başçısı  təyin olunmuş Charles Bolden dünyanın 15 gün qaralması haqqında min səhifəlik bir hesabat hazırlayaraq "Ağ Ev"ə təqdim etmişdi.

Lakin gözlənilənlər olmadı...  2015-ci il dünyanın gündəlik iyirmi dörd saatı  elə olduğu kimi - ağ və qara oldu.

ATV.az xəbər verir ki, bu ilə görə  NASA-nın belə bir açıqlaması yoxdur.  Narahat olmağa dəyməz.

"15 noyabrdan etibarən dünya 15 gün qaranlıqda qalacaq" - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR