Qiyamət əlamətlərinin neçəsi həyata keçib araşdırıldı - BUDUR REALLAŞAN QİYAMƏT ƏLAMƏTLƏRİ!
İlahiyyatçı yazar Mehmet Paksu "Qiyamət əlamətlərinin yüzdə neçəsi çıxdı?" sualının cavabını araşdırmışdır.
Qurana görə əlamətlər böyük və kiçik olmaq üzrə ikiyə ayrılır. Və kiçik əlamətlərin də az qala hamısı çıxmışdır.
Sfera.az xəbər verir ki, Paksu "buna görə dünyanın çox böyük bir ömürünün qalmadığı qənaətinə gəlirik" deyir.
BUDUR QİYAMƏT ƏLAMƏTLƏRİ:
Elm ortadan qalxacaq, cəhalət yerləşəcək. Sərxoşluq verən içkilər yayılacaq. Adam öldürmə hadisələri və fitnə artacaq.
Çobanlar zənginləşərək bina istehsalında yarışacaklar. Yüksək binalar artacaq. Əlli qadına bir kişi düşəcək dərəcədə qadın əhalisi çoxalacaq. Qadınlar ictimai mövqe baxımından ön plana çıxarılacaq.
Qadınlar kişilərə bənzəməyə çalışacaq. Kişilər kişilərlə, qadınlar da qadınlarla qane olacaq. Zina açıqca işlənər hala gələcək. Pislik və fahişəlik yayılacaq. Açıqlıq yayılacaq, həyasızlıq çoxalacaq.
İnsanlar həyatlarından bezərək ölülərə paxıllıq edəcək. Allah, allah deyəcək kimsə qalmayacaq. Gecəylə gündüz bir-birinə bərabər hala gələrək qiyamətin qopma zamanı yaxınlaşacaq. Məscidlər bəzəkli olacaq, amma ibadətə əhəmiyyət verilməyəcək.
Cihad və irşad fəaliyyətləri tərk ediləcək. Quranın əhəmiyyəti insanlar tərəfindən unudulacaq. Namaz qılınmayacaq. Əmanətə riayət edilməyəcək. Valideynlərə üsyan edilib bəylər xanımlarının əmrinə girəcək.
Toplumlar keçmişlərinə lənət oxuyacaq. Səviyyəsiz və şəxsiyyətsiz kəslər idarəçi olacaq. İdarəçilər insanlara zülm edəcək. Liderliyə əlverişli kəslər azalacaq. Fasiqlər cəmiyyətin əfəndisi halına gələcək, şərindən qorxulan kəslərə etibar ediləcək.
Axmaq və alçaq insanlar dünyanın ən xoşbəxt insanları olacaq. Yalançılar təsdiq edilib doğru danışanlara etibar edilməyəcək. Ulduz falına inanılacaq. Ani ölümlər çoxalacaq. Cahillər və dürüst olmayan sufilər törəyəcək. Qohumluq bağı kəsiləcək.






