Logo

Kaktusun iynələri nə üçündür? - FOTOLAR

Kaktusun iynələri nə üçündür? - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kaktus - heyvanlar və bitkilərin yaşamaq üçün müxtəlif iqlim və şəraitlərə uyğunlaşa bildiklərinə parlaq nümunədir. Kaktuslar quraqlıq, isti iqlimdə və uzun müddət susuz qalaraq yaşaya bilirlər. İqlim istiləşdikcə kaktusun kökləri dərinliyə deyil eninə inkişaf edir və yağan yağışı torpaqdan sürətlə sormağa başlayır.

Kaktusun iynələri nə üçündür?

Kaktus bu suyu həm də qoruyub saxlamalıdır. Bunun üçün ona süngərə bənzər məsaməli gövdəsi yardım edir. Bununla yanaşı kaktusun qabığı qalın və kobud olduğundan suyun buxarlanmasının qarşısını alır. Digər bitkilərin yarpaqları qidalandıqları suyu gün istisində asanlıqla buxarlandırır. Kaktusun isə yarpaq yerinə iynələri vardır və onlar buxarlanmanın qarşısını alır.

Kaktusun iynələri nə üçündür?

İynələr kaktusa digər baxımındanda yardımçı olur. Belə ki, quraqlıq səhrada olan susuz heyvanlar üçün sulu kaktus iynəsiz olsaydı gözəl bir şikar olardı. İynələri kaktusu heyvanlara yem olmaqdan xilas edir.

Özünün spesifik quruluşuna baxmayaraq kaktuslar requlyar olaraq çiçəklənən və bar verən bitkilərdir. Kaktusların əsl vətəni qərb yarımkürəsi hesab olunur. Onlar əsasən Cənubi Amerika, Mərkəzi Amerika və ABŞ-ın cənubi-şərqində bitirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR