Logo

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır - FOTO

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

Virtualaz.org xəbər verir ki, "Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində "Sovet Azərbaycanı-60 il” yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.

"Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb” - kolleksiyaçı bildirir.

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR