Logo

İzah oluna bilməyən 10 tarixi tapıntı

İzah oluna bilməyən 10 tarixi tapıntı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tarix üstü açılmamış sirlərlə doludur. Bəzən üzə çıxan tarixi faktlar və tapıntılar  aimlərin günlərlə üzərində düşünməsini tələb edir və əsrara bürünür.  Bizim Yol. mütəxəssislərin üzərində baş sındırdığı 10  tarixi tapıntını təqdim edir.

Myanma həvəngi

İzah oluna bilməyən 10 tarixi tapıntı

Bu buddistlərə məxsus  memarlıq  qurğusunun hündürlüyü 7 metr təşkil edir . O hündür bir dağın zirvəsində dəngəsiz bir şəkildə dayanmış daşdır. Hər toxunuşda titrəşsə belə yuvarlanıb düşmür. Daş dağa birləşmyib. Onların arasından  qalın kəndir keçirmək mümkün olub. Bəs bu daş  o zirvədə necə dayanır? Bu sirri açmaq mümkün olmayıb.

Culsrud kolleksiyası

İzah oluna bilməyən 10 tarixi tapıntı

Voldemar Culsurud bu kolleksiyanı 1944-cü ildən toplamağa başlayıb Hazırda onun kolleksiyasında 37 min artefakt var. Bu kolleksiyada bir-birini təkrar edən nümunələr yoxdur. Onlardan 2500-ü dinozavr  heykəlcikləridir. Bunların arasında müasir insanlara məlum olan növlər də var, nağıllardan bilinən uçan dinozavrlar-əjdahalar da.

Misirin Abiddos heroqlifləri

İzah oluna bilməyən 10 tarixi tapıntı

XIX əsrin sonunda Misir  ehramlarının birində tapılan maraqlı rəsmləri və heroqlifləri izah etmək və başa düşmək o dövrün alimlərinə müyəssər olmamışdı. İndi isə baxan ən adi  iinsan burda müasir döyüş texnikalarının şəklini rahatlıqla seçə bilər. 5000 il öncəyə aid bu təsvirrləri təsadüf adlandırmaq olarmı?

Laosda küplər vadisi

İzah oluna bilməyən 10 tarixi tapıntı

Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə orta çəkisi 6 ton təşkil edən və vadi boyu səpələnən daş küplərin sirri açılmamış qalır. Bu daşların 2500-3000 il yaşı var.

Peruda tapılan İki qar daşları

İzah oluna bilməyən 10 tarixi tapıntı

Qədim dövrlərə aid bu daşların üzərindəki təsvirlərə əsasən insan nəinki dinozavrlarla eyni dövrlərdə yaşayıb, hətta onları ram edib.

Skafandr geyinmiş kosmonavtlar

İzah oluna bilməyən 10 tarixi tapıntı

Dünyanın müxtəlif nöqtələrində tapılmış kosmonavt heykəlcikləri və təsvirləri də qədim insanların ya həddən artıq geniş  fantaziyaya sahib olduğunu, ya da bizim qədim dövrlər barəsində biliklərimizin çox olmadığını açıqlayır.

Avstraliyada tapılmış Misir heroqlifləri

Bu heroqriflərin  əsrlər öncə Avstraliyaya necə gedib çıxması sualının cavabı hələ tapılmayıb.

Əkin sahələrindəki təsvirlər.

İzah oluna bilməyən 10 tarixi tapıntı

Bu rəsimləri bəzən müasir insanın zarafatları adlandırsalar da Peruda quş uçuşu  baxışı ilə sezilən və çox böyük məsafələri əhatə edən tarla təsvirləri, o cümlədən hazırda İngiltərədə və Çində tapılan daşlarla  çəkilən  təsvirlər  sual  doğurur.

Çində ağ piramida

İzah oluna bilməyən 10 tarixi tapıntı

İlk ağ piramida II dünya müharibəsi zamanı amerikalı pilot Ceyms Qausman tərəfindən aşkarlanıb. Bu piramidanın hündürlüyü 300 metrdir ki, bu da Xeops ehramından 2 dəfə böyükdür. Qədim çinlilərin  ağır daş plitələri hansı texnologiya ilə belə dəqiqliklə işləməsi məlum deyil. Ümumiyyətlə bu tikintinin çinlilər tərəfindən araya, ərsəyə gəlməsi məsələsi də sual doğurur.

Qədim xəritə

İzah oluna bilməyən 10 tarixi tapıntı

Bu xəritəni çinli kolleksiyaçı Lyu Qan 2001-ci ildə Şanxayda əntiq mallar mağazasında 500 dollara əldə edib. Xəritə 1763-cü ildə  Tsin sülaləsinin təəbəsi tərəfindən 1418-ci ildə çəkilmiş xəritə əsasında  çəkilib. Bu Kolumbun Amerikanı kəşf etməsindən 74 il öncəyə aid olsa da, xəritədə Amerika qitəsi də öz əksini tapıb. (bizimyol.biz)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR