Logo

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Stiliniz sizin yerinizə danışırsa, əlavə bir sözə ehtiyac yoxdur. Dəb və zövqlə geyinmiş yaraşıqlı kişi hər qadının ürəyini qazana bilər. Aile.lent.az qadınların kişi qarderobunda bəyəndiyi əşyaları təqdim edir.

Yaxşı bir cüt ayaqqabı

İstənilən geyim tərzinin əsas elementlerindən biri ayaqqabıdır. Ayaqqabıların tərtibatlı, şalvarın rəng tonu ilə uyğun olmalı və ya bir az daha tünd olmalıdır.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

"Henley” köynək

"Henley” köynək qarderobların əsla dəbdən düşməyən başlıca elementlərindən biridir. Holivud ulduzlarının və məşhur atletlərin favorit geyimlərindəndir. Qarşısı düyməli, yaxalığı olmayan köynək bir çox qadın ağlını başından ala bilər.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Ağ köynək və cins şalvar

Cins şalvar və ağ köynək heç kimin etiraz edə bilmədiyi kombindir. Bu stil kişilərin daha cazibədar görünmələrini təmin edir.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

V yaxa köynək

Qadınlar kişilərdə V yaxa köynəkləri çox bəyənirlər. Əynində bu geyim olan kişi özünə baxmağı bacaran, nəzakətli insan təəssüratı yaradır.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Qatlanmış qollar və nazik qalstuk

Bu görünüş gündəlik tərzin və şıklığın mükəmməl birləşməsidir. Qatlanmış qollar və nazik qalstuk "Mən məşğul insanam, lakin iş məni ehtiraslandıran yeganə həvəs deyil”, - mesajını verir.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Üçlük kostyum

Üçlük kostyumlar klassikdir və əsla dəbdən düşmür. Kişinin əyninə tam oturanda nəzakətli görünüş yaradır. Bu cür kostyum hər kəsin bədəninə yaraşır. Yaraşan rəngdə üçlük kostyum geyinən kişi hər qadının xəyalıdır.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Zövqlü aksessuarlar

Dəri qolbaqlar və onların hörük versiyaları bu il məşhurdur. Bu aksessuarlar kişilərə romantik görünüş verir. Qadınlar üçün seksuallığın həqiqi mənada tərifidir.Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Papaqlar

Düzgün seçilmiş papaq kişinin xarici görünüşünü ciddi formada dəyişir və kütlənin içində belə, nəzərə çarpmasını təmin edir. Uyğun papağı seçin və qadınların diqqət mərkəzində olun.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

Təmiz görünüş

Kişi dəbli paltarlar geyinə və ya trend aksessuarlar istifadə edə bilər. Lakin təmiz görünmədikdə yaxşı təəssürat yaratmır. Bir kişi qadınların xoşuna gəlmək istəyirsə, ilk növbədə təmiz olmalıdır.

Qadınlar belə geyinən kişiləri daha çox sevir - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR