Logo

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən möhtəşəm saraylarından olan, Fransa monarxiyasının atributu hesab edilən Versal sarayını görmək çoxlarının arzusudur. Hər il 7 milyon turistin ziyarət etdiyi bu saray təkcə gözəlliyi ilə deyil, qoxusu ilə hər kəsi təəccübləndirir. Niyəsini oxuyub bilək...

256 milyard dollarlıq saray

Əvvəla bildirək ki, Versalın tikintisinə 1661-ci ildə başlanılıb. Bu tikinti işləri təxminən 50 il çəkib. Roma

İmperatorluğundan sonra Avropada ilk dəfə böyük ölçüdə saray vəziyyətinə gəlib. Bunun səbəbi sabit və

mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət

oralarda belə saraylar tikilməyib. Qeyd edək ki, Versalın salınması üçün Lüdovik 800 hektar bataqlığı qurudub.

101 hektarlıq bağın salınması məqsədilə bir meşənin ağacı bura köçürülüb. Burada qazon, çiçək ləkləri, göllər,

hovuzlar, fontanlardan və heykəllərdən ibarət xiyaban salınıb. XIV Lüdovik Parisin siyasi intriqalarından uzaq

durmaq və aristokratları göz önündə saxlamaq məqsədilə onları da monarxın mütləq hakimiyyətini ifadə edən

bu nəhəng ölçülərə malik sarayda yerləşdirmişdi. 30 min işçinin tikdiyi sarayın o zaman 10.500 ton gümüşün

dəyərindəki 25 milyon lirəyə, indiki ekvivalentlə 259,56 milyard avroya başa gəldiyi deyilir.

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

6 min nəfərin tualet kimi istifadə etdiyi saray

Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna otağının layihələndirilməməsidir. 1000-dən çox otağın

olmasına rəğmən, sarayda tualet və vanna otağının olmamasının səbəbi isə o dövrdə zadəganların istədiyi

yerdə ehtiyaclarını qarşılamalarına dair inanc idi. Yəni sarayda yaşayan zadəganlar təbii ehtiyaclarını

istədikləri yerdə edə bilərdilər. Xidmətçilər isə onların arxasınca bu natəmizliyi təmizləməliydilər.

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

Kralın özünün isə dəbdəbəli kreslo-qarşoğu var idi. O, hətta əyanlarının yanında həmin kresloya əyləşib

təbii ehtiyaclarını edirdi. Bəzi zadəgan qadınlar isə özləri ilə kiçik qab gəzdirirdilər. Hətta bal zamanı

belə kənara çəkilib qabı enli ətəklərinin altına sürüşdürüb asan şəkildə təbii ehtiyaclarını edirdilər.

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

Xidmətçilərə gəlincə, onlara harda gəldi bunu etməyə icazə yox idi. İşçilər adətən gizli-gizli "qarşoqlardan”

istifadə edərək, güvəcləri Versalın pəncərələrindən aşağı boşaldırdılar. Nəzərə alsaq ki, 1682-ci ildən

etibarən sarayda 6 min nəfər yaşayırdı, bu cür natəmizlik Versalın pis qoxumasına gətirib çıxardı. Avropada

Versal sarayının qoxusunu "Avropadakı bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon)

adlandırırdılar. Nəhayət, məhz üfunət iyinə görə 1789-cu ildə imperiyanın mərkəzini Yeliseyə dəyişdilər.

Bir maraqlı faktı da qeyd edək ki, Versal şəhərciyində gəzintiyə çıxan zənginlər daim özləri ilə çətir götürürdülər.

Bu onların günəşdə yanmaq, yaxud da yağışda islanmaq qorxuları ilə bağlı deyildi. Onlar məhz Versal sarayının balkonlarından atılan güvəclərin üst-başlarını bulaşdırmasından ehtiyat edirdilər.

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

Saray əhli çimmirdi

Çimmək məsələsinə gəlincə, dövrün kralları ildə bir dəfə bağçadakı hovuzda yuyunurlarmış. Sarayı tikdirən

XIV Lüdovik 77 il yaşasa da, həyatı boyu cəmi 2 dəfə çimmişdi. Bu da həkimlərin məsləhəti ilə baş vermişdi.

Ümumiyyətlə, 17-ci əsrdən fransızlar çimməyin daşını atmışdılar. Buna görə, sarayda vanna otağının

olmaması heç kimi narahat etmirdi. Sadəcə insanlar bədənlərindən gələn pis qoxuya qarşı qəribə mübarizələr

aparırdılar. Məsələn, ətir kəşf edilmişdi. Ətir istehsalçılarının əsas vəzifəsi onun qalıcı olmasını təmin etmək

idi. Bundan əlavə, qadınlar üst-üstə ətəklər geyinməklə qoxunu həfiflədirdilər. Enli ətəklərin daha bir funksiyası

da vardı. Qadınlar onun altında balaca itlər gəzdirirdi ki, bədənlərindəki birələr itin canına daraşsın.

Ömründə iki dəfə çimən kral, tualetsiz saray - FOTOLAR/VİDEO

Versalda ilk tualet tikilir

Sarayda ilk tualet 16-cı Lüdovikin əmri ilə həyat yoldaşı, Avstriya imperatorunun qızı Mariya Antuanetta üçün tikilir.

1789-cu ildə Fransa inqilabından sonra sarayda daha bir neçə tualet layihələndirilir. Ərazisinə görə, dünyanın

ən böyük saraylarından olan Versalda tualetlərin sayı 9-a çatdırılır. Bu tualetlərdən isə ancaq kral və yaxınları

istifadə edə bilərdi. Xidmətçilər isə yenə də qarşoqlardan istifadə edirdilər.(publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR