Logo

2030-cu ildə bəşəriyyəti böyük faciə gözləyir- DƏHŞƏTLİ FAKTLAR

2030-cu ildə bəşəriyyəti böyük faciə gözləyir- DƏHŞƏTLİ FAKTLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya Təbiəti Mühafizə Vəqfinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitin kütləvi şəkildə məhv olması, atmosferin çirklənməsi 2030-cu ildə özünün ən pik həddinə çatacaq. Zirvə məqamını yaşayacaq ekoloji böhran bəşəriyyət üçün bir çox faciələrə yol açacaq.  
Moderator.az xəbər verir ki, DTMV araşdırmasında bu problemi yaradan səbəbləri konkret faktlarla əsaslandırıb. Onların araşdırmasına əsasən, 1970-2012-ci illərdə 14 min onurğalı canlının 60  faizi məhv edilib. Rapora əsasən suda yaşayan canlıların həyatları daha çox təhlükə altındadır. Şirin su hövzələrində yaşayan canlıların 80 faizi artıq yox olmaq təhlükəsi altındadır. 
Təbiəti Mühafizə Vəqfi meşələri də yaddan çıxarmayıb. Araşdırmalara görə, son 25 ildə 239 milyon hektardan çox meşə sahəsi məhv edilib. 
Hələ bu da son deyil. Ekoloji böhranın başqa üzü də dənizlərdə əks olunur. Tədqiqatlara əsasən, son 10 ildə dənizlərdəki mərcan rifləri də məhv olub. 
Canlıların ən çox məhv olduğu Avropa ölkəsi isə Almaniya seçilib. Almaniyada hazırda mövcud olan 32 min bitki və heyvan növünün 30 faizi məhv olma təhlükəsi altındadır. 
Dünya Təbiəti Mühafizə Vəqfinin hesablamalarına görə, 2030-cu ildə ekoloji böhranın gətirdiyi faciənin qarşısını almaq üçün yeganə çıxış yolu var. Bu da insanların Yerdəki qaynaqlara sahib olan başqa planetə sahib olmasıdır Əgər belə olmasa, 2030-cu ildən sonra bəşəriyyəti daha böyük fəlakətlər gözləyəcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR