Logo

İNANILMAZ: 90 il öncə Bermud üçbucağında itmiş gəmi geri qayıtdı – VİDEO

İNANILMAZ: 90 il öncə Bermud üçbucağında itmiş gəmi geri qayıtdı – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq 200 ildir Bermud  üçbucağı öz sirli dünyası ilə insanların maraq  dairəsindədir. Bu ərazidən keçən təyyarə və gəmilər sirli şəkildə yoxa çıxır, ölənlərin cəsədləri belə tapılmır. Bermud üçbucağı üzərindən keçərkən astranavtlar cihazlarda rabitənin kəsildiyini və pozuntular qeydə alındığını bildirirlər. Mütəxəssislərin bir hissəsi qeyd edirlər ki, Bermud üçbucağında gəmilərin batmasına səbəb okeanın dibindəki  maddələrin hidrat qazları yaratmasıdır. Hidrat qazları sabun köpüyü kimi okean sularını qaynadır və suyun sıxlığı dəyişir. Bu da istənilən üzən vasitənin bir an içərisində batmasına səbəb olur. Bu nəzəriyyəni bəlkə də qəbul etmək olardı. Lakin  okeanın üzərindən uçan təyyarələr barəsində nə demək olar? 1945 –ci ildə Bermud üçbucağı üzərindən uçan "Teylor” adlı təyyarənin pilotunun  fəlakətddən öncəki son sözləri bu olmuşdu – Onlar bizə bənzəyirlər. Aman  tanrım, biz  batırıq!

Bəzi ekspertlər qədim Atlantida sivilizasiyasının məhz Bermud üçbucağında yerləşdiyini  düşünürlər. Daha cəsarətli ekspertlərin   fikrinə görə, Atlantida sakinləri daha irəli texnologiyaya malik olublar. Və bu sivilizasiyadan qalan güclü energetikaya malik hansısa mexanizmlər hələ də  fəaliyyət göstərmiş ola bilər ki, bu da  ərazi üzərindən uçan  bütün  təyyarələrə, gəmilərə öz mənfi təsirini göstərir.

Üstəlik  fəlakətə uğrayan bütün  təyyarələrin pilotlarının son sözlərinə görə, onları sirli duman , qəribə şüalar əhatə edir.

Bu günlərdə Kuba sahil Mühafizə xidməti 90 il əvvəl Bermud üçbucağında yoxa çıxmış gəmini Karib dənizi sahillərində tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, tpılan gəmi 1925-ci il dekabrın 1-də  müəmmalı şəkildə yoxa çıxmış "Cotorpxi” Amerika gəmisidir.

Gəmidə aparılan axtarışlar nəticəsinndə gəmi kapitanının gündəliyi taplıb. Lakin gündəlikdə fəlakətə dair heç bir məlumat verilməyib. Sadəcə  fəlakət siqnalı verildiyi  qeyd  olub.

2_result

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR