Gözündə eqzema dedilər, amma görün nə çıxdıI! - Həkimləri şoka salan hadisə - FOTOLAR
Eqzema dedilər, amma qaşıq biti çıxdı!
Sfera.az-ın xəbərinə görə, İtaliyada gözləri qızaran və davamlı qaşınan 6 yaşlı uşağa
doktorlar tərəfindən eqzema diaqnozu qoyulub.
Həkimlərin müalicə etmək üçün krem verdiyi uşağın gözlərindəki qaşıntı geçməyincə gözləri
daha yaxından araşdırılıb. Araşdırmalardan sonra kirpiklərinin dibində minlərlə qaşıq biti olduğu
ortaya çıxıb.
Qaşıq biti olaraq bilinən pubik bitlərin uşaqlara yataq və dəsmallardan keçdiyi məlumdur. Təcili olaraq
səhv diaqnoz qoyduğunu anlayan həkimlər pubik bitlərin müalicəsinə başlayaraq uşağın gözlərini qaşıntı
və qızartılardan gec də olsa qurtara biliblər.
Kirpiklərə bulaşan pubik bitlər ümumiyyətlə göz qapağının dərinlərində yuvalandığından konjuktivit və
ekzema ilə qarışdırılır. Genital bölgədə görülən bu bitlərin üzdəki tük və saçlara
keçməsinin nadir hal olduğu bildirilir.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






