Logo

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

150 metrdən artıq dərinlikdə, oksigen olmadan tam yaxşı vəziyyətdə qalmış təxminən 40 qədim gəmi aşkarlanıb

Sauthempton universitetinin dəstəyi ilə Bolqarıstan sahillərində Qara dənizin dibini tədqiq edən Beynəlxalq tədqiqatçılar komandası unikal tapıntı barədə xəbər verib. 150 metrdən artıq dərinlikdə, oksigen olmadan tam yaxşı vəziyyətdə qalmış təxminən 40 qədim gəmi aşkarlanıb. Onlardan bəziləri indiyə qədər alimlərə yalnız təsvir əsasında məlum idi.

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

"Qara dəniz” (Black Sea M.A.P.) arxeoloji dəniz layihəsinin həyata keçirilməsində məqsəd ilk növbədə son buz dövrünün axırlarında dənizin "ələ keçirdiyi” quru sahələrinin relyefinin tədqiqidir.

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Alimlər dəniz dibinin tədqiqi zamanı 40-dan çox batmış gəmi aşkarlayıb və onlara baxış keçiriblər. Gəmilərin bir çoxunun mövcudluğu barədə yalnız tarixi mənbələrdən bəlli olub. Onların bəzisi Osmanlı və Bizans imperiyalarına məxsusdur. Bu cür tapıntılar Qara dəniz sahili sakinlərinin dəniz vasitəsilə əlaqələri barədə yeni biliklər mənbəyi olaraq xidmət edə bilər.

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Layihə YUNESKO-nun sualtı mədəni irsin qorunması üzrə Konvensiyası əsasında həyata keçirilib. (inter.az)

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

Qara dənizin dibində 40 Osmanlı və Bizans gəmisi aşkarlanıb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR