Diş məcununu evdə daha necə istifadə etmək olar?
Hamımızın diş yumaq üçün istifadə etdiyimiz diş məcununun başqa hansı işlərə yaradığını bilirsinizmi?
Elə isə gəlin birlikdə onun faydaları ilə tanış olaq.
* Diş məcunu ilə təkcə dişləri fırçalamaq yox, həm də qabları yumaq mümkündür.
* Qıcıqlanma, kəsik və həşəratların dişləməsi zamanı faydalıdır.
* Yanıqlar zamanı ağrını azaldır.
* Civzələrin dərmanıdır, dəridə olan qüsurları aradan qaldırmağa kömək edir.
* Bağçılıq işindən sonra dırnaqları təmizləməyə kömək edir.
* Əlinizdən sarımsaq, soğan və balıq qoxusu gəlirsə, diş məcunu bunu aradan qaldıracaq.
* Xalça və köynəkdəki ləkələri aradan qaldırır.
* Ayaqqabı kremi üçün gözəl vasitədir.
* Divardakı qələm ləkələrini yox etməyə kömək edəcək.
* Gümüş əşyalarınıza parıltı verməkdə kömək edəcək.
* Kompüter disklərindəki cızıqları aradan qaldırır.
* Körpə butulkalarını təmizləməyə kömək edir və pis qoxunu aradan qaldırır.
* Eynəklərin tərləməsinin qarşısını alır.
Qoltuq altını diş məcunu ilə yusanız tərləmənin və pis qoxunun qarşısını alacaq.(bizimyol.biz)






