"Bermud üçbucağı"nın sirri açıldı - VİDEO - FOTOLAR
Kateqoriya məlum deyil
Planetimizin ən böyük sirlərindən olan "Bermud üçbucağı” barədə aparılan növbəti araşdırmalar yekunlaşıb.
Sfera.az "İndependent”ə istinadən məlumat verir ki, amerikalı alimlər "Bermud üçbucağı”nın sirrini açdıqlarını iddia edirlər. Bildirilir ki, anormal hadisənin səbəbi bölgənin üzərindəki təyyarə bombası effekti yaradan altıbucaqlı buludlardır.
Elm adamlarının sözlərinə görə, bu bulud kütlələri okeana doğru hərəkət edən güclü hava axınları yaradır. Nəticədə "Bermud üçbucağı”ndan keçən nəqliyyat vasitələri güclü hava axınının zərbəsinə tuş gələrək qəzaya uğrayır. Ərazidə suyun dərinliyinin kifayət qədər olması qəzaya uğrayan nəqliyyat vasitələrinin aşkarlanmasını mümkünsüz edir.






