Bataqlıqdan boğazı kəsilmiş cəsədlər tapıldı - İnanılmaz hadisə... - FOTOLAR
Kateqoriya məlum deyil
Danimarkadakı bataqlıqlarda aşkar edilən insan cəsədləri keçmişlə bağlı bəzi qaranlıq məqamlara işıq salıb.
ATV.az-ın məlumatına görə, bataqlıqlardan tapılan onlarla cəsədin XX əsrin əvvəlinə aid olduğu güman edilir. Yosunların əmələ gətirdiyi turşular sayəsində onlar ümumi görünüşünü qoruya bilib.
Araşdırmalar nəticəsində məlum olub ki, boğazları kəsilərək qətlə yetirilən insanlar "Tanrı yolunda" qurban edilib. Onların arasında xanım cəsədlərinin də olması diqqət çəkir.
Bildirilir ki, qətlə yetirilən insanlar böyük ehtimalla ya miqrant, ya da məhkumlar olub. Alimlərin sözlərinə görə, Danimarkadakı əksər bataqlıqlarda oxşar vəziyyətə rast gəlmək mümkündür.
Sfera.az











