Logo

WhatsApp-dan möhtəşəm YENİLİK - FOTO

WhatsApp-dan möhtəşəm YENİLİK - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp üçün daha bir yenilik hazırlanıb.

Sfera.az BAKU.WS-ə istinadən bildirir ki, "Whats Stats" adlanan yeni tətbiq siyahınızdakı şəxslərin bütün addımlarını

öyrənmənizə imkan verir. Onlayn olduğunuz andan etibarən tətbiq seçdiyiniz şəxsi təqib etməyə başlayır.
Ötən il əfsanəvi bir şəkildə yayılan və WhatsApp üçün hazırlanmış ilk tətbiq olan "WhatsDog" "stalk" mədəniyyətini

formalaşdırıb. İstədiyiniz adamın onlayn olub olmadığını öyrəndiyiniz bu proqram artıq "Google Play Store"da yerləşir.

"WhatsStats" isə hazırda ən məşhur təbiqlər arasındadır.

WhatsApp-dan

Tətbiqin istifadəçilərə verdiyi məlumatlar o qədər çoxdur ki, az qala izlədiyiniz şəxsin aldığı nəfəsə qədər təqib edə bilirsiniz.

Tətbiq şəxsin son görülmə zamanını, onlayn olduğu zaman kəsimlərini və ümumi onlayn olduğu müddəti, profil şəkili 

arxivi kimi bir çox addımını istifadəçiyə göstərir. 

WhatsApp-dan

Təəssüf ki, bu tətbiq "iOS" əməliyyatlar sistemi üçün hazırlanmayıb. "Apple"in bu mövzudakı rəftarı sərt olduğu üçün 

tətbiqin hazırlanması mümkün deyil. Lakin proqramçılara sərhədsiz azadlıq təmin edən əməliyyat sistemi "Android"

ağılımıza gələn hər şeyi tətbiq formasında hazırlamağa şərait yaradır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR