Logo

İçməli suyun ən təmiz olduğu ölkələr

İçməli suyun ən təmiz olduğu ölkələr
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suyu nəinki krandan, eyni zamanda küçədəki fontandan da içmək olar

İçməli suyun ən təmiz olduğu ölkələr

Yaşadığımız zamanda bir çox ölkələrdə içməli suyun birbaşa krandan götürülərək qaynadılmadan içilməsi bir o qədər məsləhət görülən hal deyil. Lakin təqdim etdiyimiz ölkələrdə belə bir problem demək olar ki, mövcud deyil.

Sizlərə içməli suyun ən təmiz olduğu ölkələrin siyahısını təqdim edirik.

İslandiya

İçməli suyun ən təmiz olduğu ölkələr

İslandiyada kranla gələn suyu rahatlıqla içmək olar. Belə ki, bu ölkədə kəmərlə gələn su dünyanın ən təmiz və təhlükəsiz sularından biri hesab edilir.

Almaniya

İçməli suyun ən təmiz olduğu ölkələr

Almaniyada suyun keyfiyyətli olması üçün ən yüksək standartlar tətbiq edilir. Bütün ölkə ərazisində ən müasir təmizləmə tikililəri quraşdırılıb və onların fəaliyyətinin keyfiyyəti üzərində fasiləsiz nəzarət aparılır.

İsveç

İçməli suyun ən təmiz olduğu ölkələr

İsev yalnız həyat səviyyəsi deyil, eyni zamanda kəmərlə gələn içməli suyun keyfiyyətinə görə lider mövqelərdən birini tutur. Ölkə paytaxtı Stokholmda kranla gələn suyun qeyri-adi dadı dünyada xüsusi şöhrət qazanıb.

Böyük Britaniya

İçməli suyun ən təmiz olduğu ölkələr

Böyük Britaniyada kranı açdığınız zaman ən yüksək keyfiyyət standartlarına cavab verən su əldə edirsiniz. Odur ki, əminliklə bu ölkədə suyun keyfiyyətinin "krallara layiq” olduğunu söyləmək olar. Hətta Böyük Britaniya kraliçası Yelizaveta da adi kran suyundan içir.

İtaliya

İçməli suyun ən təmiz olduğu ölkələr

İtaliyada su resursları mühafizəsi və suyun keyfiyyətinə nəzarət edən təşkilatlar mütəmadi qaydada sınaqlar keçirir və ölkənin bütün su kəmələrindəki mikroelementlərin, pH səviyyəsi və bakteriyaların miqdarını ölçür. Odur ki, İtaliyada suyu nəinki krandan, eyni zamanda küçədəki fontandan da içmək olar. Fontanlardakı su hələ qədim romalıların zamanından bəri akveduklarla daxil olur və dünyanın ekoloji baxımdan ən təmiz sularından biri hesab edilir.

Avstriya

İçməli suyun ən təmiz olduğu ölkələr

Maye su kəmərlərinə artezian mənbələri və ya bulaqlardan daxil olur. Avstriyada mənbəyini dağ sularından götürən ilk su kəməri 1873-cü il oktyabrın 24-də Şvartsenberq adlı məkanda işə salınıb, 15 ildən sonra isə paytaxt Vyanadakı demək olar ki, hər bir evi keyfiyyətli içmə su ilə təmin edən sukəməri çəkilib. Keçən 1,5 əsr ərzində Avstriyada suyun keyfiyyəti daha da yaxşılaşıb. Qeyd edək ki, ölkədə su resurslarının mühafizəsi və suyun keyfiyyətinə nəzarət dövlət səviyyəsində həyata keçirilir.

Fransa

İçməli suyun ən təmiz olduğu ölkələr

Fransa sakinləri suyun tərkibi və keyfiyyətinin yemək hazırlanmasında da olduqca zəruri olduğunu çox gözəl dərk edirlər. Bu səbəbdən müvafiq orqanlar suyun təmizlənilməsinə böyük diqqət yetirir və suyun çirklənəcəyi proqnozlaşdırıldığı təqdirdə dərhal lazımi tədbirlər görürlər. Hətta ölkə hökuməti bu tapşırığın öhdəsindən digərlərinə nisbətən daha yaxşı gələnlər üçün vergi güzəştləri də edir.

Lüksemburq

İçməli suyun ən təmiz olduğu ölkələr

Almaniya, Fransa və Belçika arasında yerləşən kiçik Lüksemburq ölkəsinin ərazisində 70-dən çox su anbarı, çeşmə və bulaq, yeraltı çay var. Bu kiçik ölkə dünyada içməli suyun keyfiyyətinə görə ilk üçlükdə yer alır. Əgər Lüksemburqdakı oteldə qulluqçu mineral su gətirməyi unudarsa və ya digər oxşar hal baş verərsə rahatlıqla kranı açıb su içə bilərsiniz.

Norveç

İçməli suyun ən təmiz olduğu ölkələr

Norveç siyahımızda suyun keyfiyyətinə görə fəxri ikinci yeri tutur. Bu ölkədə krandan gələn su olduqca təmiz və dadlılıdır. Onu qəbul etmək tam təhlükəsizdir. Bundan əlavə ölkədə mütəmadi olaraq bütün su kəmərləri və təmizləyici tikililər yoxlanılır, onların keyfiyyətinə daima nəzarət edilir.

İsveçrə

İçməli suyun ən təmiz olduğu ölkələr

Bu ölkənin yalnız pendiri və şokoladı deyil, eyni zamanda suyu da çox yaxşıdır. Ölkənin istənilən şəhərində - Cenevrə, Zürih, Lozannadan dağlardakı ən kiçik kəndlərə qədər krandan axan suyun keyfiyyəti qablaşdırılan içməli su qədər yüksək səviyyədədir. Onun tərkibində mikroelementlər və mineral duzlar ahəngi hökm sürür.(inter.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR