Yuxuda gördü, Nuhun gəmisini tikdi – VİDEO
Kateqoriya məlum deyil
Niderland sakinləri qeyri adi işləri ilə fərqlənirlər. Qəhrəmanımız Yohan Heybers də onlardan biridir. O lap uşaq vaxtından böyük daşqın barədə yuxular görməyə başlayıb. Buna görə də Nuhun gəmisinin eynisini yaratmağa qərar verib. Gəmini tikmək üçün Yohan 1 milyon funt sterlinq sərf edib. 3 ilə tikilən gəmi Nuhun gəmis ilə eyni ölçülərdədir. Bibliyada olduğu kimi 300 metr uzunu, 30 metr hündürlüyü, 50 metr eni var. Gəmi 3 tondur. Hazırda Nuhun gəmisində iki restoran, iki kinoteatr fəaliyyət göstərir. Bütün heyvanların erkək və dişi olmaqla mumiyaları da sərgilənir. Hələlik daşqın baş vermədiyinə görə gəmi turistlərə açıq elan edilib və böyük maraq çəkir.(bizimyol.biz)
]






