Logo

Arxeoloqların İndiyə Qədər Tapdığı 10 Qorxuducu Tapıntı - MARAQLI və QORXULU

Arxeoloqların İndiyə Qədər Tapdığı 10 Qorxuducu Tapıntı - MARAQLI və QORXULU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Arxeoloq olmaq çətin işdir. İnsanların keçmişdə etdiyi şeyləri bəzən bilmədən daha yaxşı hesab etsək belə, elm adına bunların açığa çıxması lazımdır. Və insan oğlunun olduqca vəhşi bir keçmişi var. Məsələn, yuxarıdakı foto Alyaskada çəkilib. Arxeoloqlar görünən çuxurlarda yanan uşaq meyitləri tapıb. Cəsədlərtəqribən 11.500 il əvvələ aiddir.

İspaniya

İspaniya

2010-ci ildə İspaniyada aparılan bu qazıntıda isə adamyeyən təcavüzünə qurban getmiş bir qrup Neandertal qalığı tapılıb. Arxeoloqlar qalıqların üç qadın və üç kişidən ibarət olduğunu müəyyən edərkən, ən azı üç gənc, iki uşaq  tapıblar. Sümüklərin hamısı tapdanmış vəziyyətdə olub.

İngiltərə

İngiltərə

İngiltərədə dəmir yollarında aparılan qazıntıda tapılan  bir qrup başsız vikinq qalığı həqiqətən də qorxunc bir görüntüyə sahib olub.  Elm insanları bunu tapanda ilk fazada hadisənin bir intiqam hekayəsi olduğunu düşünsələr də,  diqqətli baxınca kütlələrin çox təmiz olduğunu fərq ediblər. Kimsə tam olaraq nə olduğunu bilmir.

Yeni Zellandiya

Yeni Zellandiya

1986-ci ildə Yeni Zelandiyanın Ouen dağlarında yerləşən mağaralarda, arxeoloqlar olduqca qorxuducu bir pəncə ilə qarşılaşıblar. Pəncə laboratoriyaya aparandan sonra çox qədim, tarix öncəsi bir quşa aid olduğunu öyrənən elm insanları bu quş növünün nəhəng olduğunu düşünürlər.

İsveç

İsveç

İsveçdə qurumuş peyinin içində olan 8000 illik kəllə sümüklərinin içlərinə soxulan bu nizələrin nə səbəblə kəllələrə soxulduğu  hələ də bilinmir. Məsələnin dəhşətli tərəfi isə odur ki, bir kəllə sümüyünün içində qırılmış bir başqa kəllə sümüyü daha var.

İngiltərə

İngiltərə

İngiltərədə tapılan  "Grauballe Man", bu ana qədər tapılmış ən sağlam mumiyadır. Saçları, dırnaqları və geri qalan hər şeyi ilə bir qurbandan artıq olan bu cəsəd, tədqiqatçılara görə bir tanrıya qurban edilmiş ola bilər.

Arxeoloqların İndiyə Qədər Tapdığı 10 Qorxuducu Tapıntı - MARAQLI və QORXULU

Sevdikləri insanın öldükdən sonra  vampir kimi geri gəlməsi ilə bağlı olan fikirlər  keçmişdə  bir çox insanların inandığı bir   hal imiş. Bu səbəbdən bu baş verməsin deyə, qədimdə insanlar bir çox tədbirlər görürmüşlər. Bunlardan ən çox tanınanı yandırılan cəsədlər, basdırılan cəsədlər və təbii ki, cəsədlərin ağzına qoyulan kirəmitlərdir. Bu vampirin geri qayıdıb qanla bəslənən yaratığa çevrilməməsi üçün onun ağzına kirəmit vurarmışlar.

Hindistan

Hindistan

Cüzam  bəşəriyyət tarixində davamlı olaraq görülən bir xəstəlikdir. Hindistanda aparılan bir tədqiqatda olan bu 4000 illik qalıq isə dünyanın ilk cüzam xəstəsi kimi tanınır. Hindu ənənələrinə görə cəsədlər yandırıldığından, bu qalıqların hələ də  qalması həmin kəllənin sahibinin cəmiyyətdən təcrid olunmasına və ən əsası cüzam xəstəsi olduğuna işarədir.

İsrail

İsrail

Arxeoloqlar İsraildə qədim Roma hamamını araşdırarkən hamamın dibində minlərlə uşağın sümüyünü tapıblar. Bu uşaqların nə üçün sulara və kanallara atıldığı bilinmir amma ümid edirik ki, atılanlar canlı deyil ölü uşaqlardır.

Arxeoloqların İndiyə Qədər Tapdığı 10 Qorxuducu Tapıntı - MARAQLI və QORXULU

2000 İl əvvəl bir Suriya şəhəri olan Duraya Romalılar nəzarət edirdi. Fars imperiyası şəhəri işğal etmək istədikdə isə qapılar yerinə tunellərdən keçməyi üstün tutublar..

Romalılar tunelləri açıb Farsları dayandırmağa çalışdıqları an tunelə kimyəvi silahlar dolduran farslar romalıları məğlub ediblər.  Tuneldə istifadə edilən silah romalıların ciyərlərini turşuya çevirdi və hamısını öldürdü. Həmin cəsədlərdən birinin qalığını  fotoda görə bilərsiniz. (MIR.AZ)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR