Logo

“Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” deyən müştəriyə AccessBank-ın məzəli və kreativ cavabı böyük “Like” topladı - FOTO

“Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” deyən müştəriyə AccessBank-ın məzəli və kreativ cavabı böyük “Like” topladı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2016-cı ildə bir-birinin ardınca bankların lisenziyalarının ləğv edilməsi insanlarda "Görəsən növbə hansı bankdadır?” sualının yaranmasına səbəb olub. Bu bardə suallar ekspertlər ilə bərabər, banklara da ünvanlanır.

"Marja" xəbər verir ki, bu yaxınlarda "AccessBank”ın Facebook səhifəsində Banka "Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” sualı verilib. Bank da öz növbəsində izləyiciyə məzəli və kreativ cavab yazıb: "Hər gün saat 18:00-da, lakin səhər saat 09:00-da yenidən Sizin xidmətinizdəyik!”

"AccessBank”ın cavabı sualı verən şəxs tərəfindən bəyənilib və "like" edilib. Eyni zamanda sual-cavab sosial şəbəkədə müxtəlif səhifələr tərəfindən paylaşılıb və "AccessBank”ın cavabı minlərlə Fecebook istifadəçisi tərəfindən "like" edilib. Kreativ cavab bir sıra xəbər portallarının da diqqətini cəlb edib.

İzləyicinin "AccessBank”ın cavabından razı qalmasına əsasən deyə bilərik ki, digər bankların da müştərilərə belə mehriban olması müştəri loyallığını artıra bilər.

Click to enlarge image accessbank_serh.png

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR