Kamera anbaan lentə aldı - Bu evdə cin yaşayır - VİDEO
Kateqoriya məlum deyil
İngiltərənin Qərbi Yorkşir şəhərində baş verən hadisə bütün dünyada müzakirə mövzusuna çevrilib.
ATV.az-ın məlumatına görə, "cinin yaşadığı mənzil” kimi ad çıxaran evdə, təhlükəsizlik kameraları qəribə görüntülər lentə alıb. Kadrlardan da aydın görünür ki, uşaq arabası qəflətən hərəkətə gələrək pilləkandan aşağı düşür. Səs-küyə gələn ev sahibləri hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışıb.
Qeyd edək ki, sözügedən mənzildə tez-tez qəribə hadisələr baş verir. Yerli sakinlər bu mənzildə "qara keşiş” adlı cinin yaşadığını iddia edirlər.






