Hamı onları qadın bilirdi, amma - ŞOK
Bir müddət əvvəl internetdə Qacar hökmdarlarının qadınlar başlığı altında paylaşılan şəkillərin əslinin başqa cür olduğu üzə çıxıb. Sfera.az xəbər verir ki, Qacarların hərəmxanasındakı qadınlar deyə təqdim olunanlar gerçəkdə kişilər imiş. Belə ki, Avropa mədəniyyətinin böyük pərəstişkarı Nəsirəddin şah 1890-cı ildə Dar-ül-fünunda (politexnik məktəbi) saray əhli üçün tamaşa hazırlatdırıb. Bu satirik pyesin oynandığı teatrın təşkilatçısı Mirzə Əli Əkbər Xan Nəqqaşbaşı olub. O, müasir İran teatrının banisi hesab olunur.
Qadınlara səhnədə çıxış etmək qadağan olduğundan bu rolları kişilər ifadə edirmişlər. Şəkildəkilər də həmin qadın rollarını ifa edən kişi aktyorlarıdır. Qeyd edək ki, İranda qadınlar ilk dəfə 1917-ci ildə səhnəyə çıxıblar.(Ölkə.az)














