Soğanın təmizlik işlərində istifadə edildiyini bilirdinizmi? - FOTOLAR
Yemək hazırlayarkən əvəzolunmaz materiallar arasında yer alan soğanı, ev təmizliyində istifadə etmək bir çox insanın ağlına gəlmir!
Sfera.az soğanın yemək xaricində təmizlik edərkən istifadə edə biləcəyiniz yerləri təqdim edir:
1. Qızarmış yemək qalıqlarından xilas olmaq olduqca çətindir. Bir parça soğanla qaz piltənizi soğanla sürtsəniz bu artıqlardan xilas olmaq sizin üçün çətin olmayacaq.

2. Qazandan daşan yeməklər quruyanda inadkar ləkələr halına gəlir. Yenə bir parça soğanla sobanızı sürtsəniz bu ləkələrdən azad ola bilərsiniz. Əgər istəyirsinizsə, soğanla birlikdə bir az da duz əlavə edə bilərsiniz.

3. Pəncərə kənarlarındakı ləkələri silmənizə baxmayaraq tam təmizlənmir. Soğanla bu ləkəlrdən xilas ola bilərsiniz. Yalnız ləkələrə qarşı faydalı deyil həmçinin böcəklərin də gəlməsini əngəlləyəcək.

4. Metalları parıldatmaq üçün xüsusi qayğıya ehtiyac var. Bir az soğanı suyla qarışdırıb qısa müddətə metal əşyalarınızı parıldada bilərsiniz.

Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






