Xeyir kəlməsinin Qurani-Kərimdə olan AYƏLƏRİ
Xeyir insanların etdiyi ən faydalı, ən gözəl şeylərdən biridir. Zərərin əksinə olan xeyir insanların, Allahın verdiyi nemətlərə təşəkkürünü təmin edir.
Sfera.az xeyir kəlməsinin Qurani-kərimdə olan ayələrini təqdim edir:
1. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirlidir. (Tevbe-3)
2. Mal-dövlət və oğullar dünya həyatının bəzəyidir. Amma baqi qalacaq faydalı işlər, savab olaraq da, əməl olaraq da, Rəbbinin dərgahında daha yaxşıdır. (Kehf-46)
3. Sülh (daima) yaxşıdır. (Nisa-128)
4.İman etmədikcə bütpərəst qadınlarla evlənməyin. Bəyənsən də, bütpərəst bir qadından, imanlı bir kəniz daha yaxşıdır. (Bakara-221)
5. Bir sınaq olaraq sizi xeyirlə də, şərlə də imtahan edirik. (Enbiya-35)
6. Siz, insanların yaxşılığı üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. (Ali İmran-110)
7. Səndən yetimlər haqqında sual soruşurlar. De ki: Onları yaxşı yetişdirmək (üz üstü buraxmaqdan) daha xeyirlidir. (Bakara-220)
8. Kim ürəkdən yaxşılıq etsə, o yaxşılıq daxilindən gəlir deməkdir. Oruc tutmağınız sizin üçün çox xeyirlidir. (Bakara-184)
9. Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər xeyri Allah yanında tapacaqsınız. (Bakara-110)
10. Xeyirə çağıran, yaxşılığı əmr edib pisliyi çəkindirən bir cəmiyyət olun. (Ali İmran-104)
11. Və yəqin ki, onun xeyir (mal) sevgisi həqiqətən qüvvətlidir. (Adiyat-8)
12. Allah ən yaxşı qoruyandır. (Yusuf-64)
13. Qurbanlıq böyük baş heyvanlara da sizin üçün Allahın dininin nişanələrindən etdik. Sizin üçün onlarda xeyir vardır. (Hac-36)
14. (Resül-üm)! De ki: Bağışla və rəhm et Rəbbim! Sən ən yaxşısan. (Müminun-118)
15. Allah nemətini istədiyi şəxsə məxsus edir. (Bakara-105)
16. Allah qəlbinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən götürənin daha yaxşısını verər və sizi bağışlayar, Allah bağışlayandır, mərhəmət edəndir də. (Enfal-70)
17. Rəbbim sən, nazil edənlərin ən yaxşısısan. (Müminun-29)
18. Qullarımdan bir qrup, Ey Rəbbimiz, inandıq, bizi bağışla, bizə mərhəmət et, sən rəhm edənlərin ən mərhəmətlisisən. Deyərdi. (Müminun-109)
19. Həqiqətən, Allah ruzi verənlərin ən xeyirlisidir. (Hac-58)
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






