Logo

12 il sonra başını qaldıra BİLDİ - MÖCÜZƏ FOTOLAR

12 il sonra başını qaldıra BİLDİ - MÖCÜZƏ FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

12 yaşındakı Hindli uşağın halını görənlər çaşqınlıq içində qaldı. Başı normal insanlarınkına görə az qala 180 dərəcə tərs şəkildə doğulan Mahendra Ahirwar çətin bir həyat yaşadı. Sfera.az bildirir ki, Hindistanın Madhya Pradesh şəhərində yaşayan Mahendra'yı yaxşılaşdırmaq istəyən ailəsi çarəsiz qalmışdı amma indi tam fərqli bir həyat yaşayır. Əməliyyat sonrası baxın necə dəyişdi ... Ana Sumitra (35) və ata Mukesh (40), oğullarını indiyə qədər 50-dən çox həkimə apardıqlarını ancaq heç birinin diaqnoz qoyamadığını söylədi. Başı bədəninə sanki asılı duran Mahendra gündəlik həyatını davam etdirə bilmək üçün çox çətinliklər çəkdiyini, tualetə gedə bilmək üçün belə köməyə ehtiyac duyduğunu dilə gətirdi. Ana Sumitra, "Yoldaşımla birlikdə işçi olaraq çalışırıq. Həyatın bütün çətinliklərinə qarşı tab gətirə bilirik. Amma oğlumuzun bu halı bizi pərişan edir.

Bütün gün bir küncdə oturur, yaşamırmış kimi. Körpəykən çox rahat daşıyırdım amma artıq çox böyüdü, onu daşıya bilmirəm. İndiyə qədər 50-dən çox həkimə apardıq amma heç biri bizə dəqiq bir cavab vermədi. Əgər həkimlər onu sağalda bilmirlərsə Tanrı onu alsın daha yaxşı "dedi.

Oğlunu müalicə edə bilmək üçün qohum və yoldaşlarından borc pul yığan ata Mukesh, "Doğum əvvəli bir həkimə getməyə və ya ultrasəs çəkməyə ehtiyac görmədik çünki bütün uşaqlarım normal doğuldu, onlarda hər hansı bir xəstəlik mövcud deyil.

Mahendra da digər qardaşları kimi evdə doğuldu. Altı aylıqkən başı aşağıya doğru asılmağa başladı. İlk başlarda zəif olduğunu, bir az böyüsə düzələcəyini düşündük.

Ancaq üç yaşına qədər yenə başı doğrulmadı və biz də qorxmağa başladıq. O zaman həkimə apardıq.

Onlarla həkimə apardıq heç bir müsbət cavab almadıq. Biz də ümidimizi kəsdik və oğlumuza çox yaxşı bir həyat yaşaması üçün əlimizdən gələni etməyə başladıq "dedi.

Mahendra'yı müayinə edən Dr. Shashidhar Tatavarthy, uşaqda çox nadir görülən bir əzələ pozuqluğu olduğunu, daha dəqiq bir izah etmək üçün ümumi bir sağlamlıq testindən keçməsi lazım olduğunu söylədi.

12 il sonra başını qaldıra BİLDİ - MÖCÜZƏ FOTOLAR
  • 12 il sonra başını qaldıra BİLDİ - MÖCÜZƏ FOTOLAR

  • PAYLAŞ

    OXŞAR XƏBƏRLƏR