Logo

Aşura Günü nələr edilməlidir?

Aşura Günü nələr edilməlidir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Aşura günü nələr edilir?
Aşura günü bu il 11 Oktyabr çərşənbə gününə təsadüf edir. Bəs bu əlamətdar gündə nələr etməliyik?
Sfera.az xəbər verir ki, 11 Oktyabr Aşura günündə keçirilməsi lazım olanları Nihat Hapitoğlu, 7 Oktyabr proqramında danışıb.
Aşura günü bunları mütləq edin!
O gün oruc tutulur (Məhərrəmliyin yalnız onuncu günü oruc tutulmaz. 9-10, 10-11 və ya 9-10-11. günləri oruc tutulur).
Məhərrəmliyin birinci və onuncu günü də daxil hər gün oxunan dua səhər üç dəfə oxunur.
İşraktdan sonra dörd rükət namaz qılınır, hər namazda Fatihə sonra 51 İxlas oxunur.
Fazil olmayan bir vaxtda 2 rükət namaz qılınır. Hər namazda Fatihə sonra 11 İxlas oxunur.
Bol-bol istiğfar (bağışlanmaq) edilir.
Qüsl abdəsti alınır.
On Möminə salam verilir.
Xəstə olan şəxs ziyarət edilməlidir.
Ən azı bir Möminə iftar etdirilməlidir.
Bəs gözəl aşura necə hazırlanır?
Axşamdan buğdanı və suyu təmiz olana qədər yaxşıca yuyun. Üzərini keçəcək qədər su töküb 5 dəqiqə qaynadın, qapağını bağlayıb bir gecə gözlədin.
Ertəsi gün buğdalara su əlavə edib, yumuşalana qədər normal odda qaynadın, suyu azaldıqca isti su əlavə edin. Öz növbəsində içinə pörtmüş noxud, quru lobya əlavə edib qaynadın. Suda saxladığınız quru üzümləri süzüb əlavə edin. Sonra isə quş üzümünü, şəkər tozunu əlavə edib və 5 dəqiqə qaynadın. Quru ərikləri, duzu və vanili əlavə edin. Eyni zamanda əncirləri kiçik küplər halında doğrayın ayrı bir qabda suda qaynadın süzün və qazana əlavə edin. İsti olaraq qablara bölüşdürün. Soyuduqdan sonra üstünü arzuladığınız materiallarla bəzəyib soyuq xidmət edin.
Aytac

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR