Logo

Üçüncü dünya müharibəsinin baş verəcəyi tarix bəlli oldu - Qorxunc Proqnoz

Üçüncü dünya müharibəsinin baş verəcəyi tarix bəlli oldu - Qorxunc Proqnoz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi.  Murmansk çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus "Memfis” və "Toledo” sualtı qayıqları müşahidə edirdi.Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub. Burada isə mis materialları ilə zəncirvari reaksiya yaranıb və partlayış meydana gəlib.Qayıqda olan 118 nəfər hərbçi (20 ukraynalı) həlak olub. İlk partlayışdan sonra sağ qalmış 23 nəfər  hadisədən bir neçə gün sonra həlak olublar. Xilasedicilər gəminin içərisinə qəzanın 10-cu günü daxil ola bildilər və artıq gəmi heyəti üçün çox gec idi. Bu statistikanı nədən veririk?

Hadisədən 2 il öncə rusiyalı yazıçı Aleksandr Pokrovskinin "72 metr” adlı romanı dərc edilmişdi. Romanda Rusiyaya məxsus atom sualtı qayığının 72 metr dərinlikdə  partlaması,  118 nəfərin həlak olmasından bəhs edilirdi. Romandakı bütün detallar 2 il sonra Kursk gəmisində baş verənləri əks etdirirdi. Ən incə detalına qədər. Qəzanın baş vermə səbəbi, saatı, sağ qalanların bir neçə gün həyat uğrunda mübarizə aparması.  Yazıçı özü bu barədə danışarkən heyrətlənmir. Onun  fikrinə görə, həyatda baş  verən bütün hadisələr əslində kainatda var olub və olacaq. Biz hamımız kodlaşdırılımış plan üzrə  hərəkət edirik.

Bu bir təsadüf idimi? Böyük rus yazıçısı  Dostoyevski  1917-ci ildə baş verəcək və Romanovlar sülaləsinin sonunu gətirəcək inqilabı 50 il öncədən öz əsərində təsvir etmişdi.  Yeri gəlmişkən Romanovlar sülaləsindəki bütün hakimlər üçün 17 rəqəmi nəhs rəqəm idi. Onların bir çoxunun ölüm günündə bu rəqəm öz əksini tapır.Eyni şəkildə "Titanik "gəmisinin fəlakəti  də bir romanda ( Titan) öz təsvirini tapmışdı.

kurs

Numerologiya elmi ilə məşğul olanlar bunun adi təsadüflər olmadığını, həyatımızda baş verən hadisələrin əslində bir silsilə təşkil etdiyini bildirirlər. Məsələn  I və II dünya müharibələrinə səbəb olmuş Napaleonla  Hitler arasında  müqayisə aparılıb. Onlar bir -birlərində 129 il fərqi ilə dünyaya gəliblər. Hər ikisi 44 yaşında hakimiyyətə gəlib. Hər ikisi 50 yaşında Rusiyaya hücum edib. Hər ikisi 56 yaşında məlubiyyəti dadıb və hər ikisi həyatlarına intiharla son verib. Numerologiya mütəxəssisləri bu hesablamalardan irəli gələrək belə qqənaətə gəliblər. İkinci dünya müharribəsi 1939-cu ildə baş verib. Bunun üzərinə 129 əlavə etməklə üçüncü dünya müharibəsinin 2068-ci ildə baş verəcəyini, dünyanın ən qanlı tiranının, yəni bu müharinəbi törədəcək liderin 2018-ci ildə doğulacağını söyləyirlər.  Ən qorxunc prqonoz isə budur ki, bu müharibə bəşəriyyət özü -özünü tanıyana qədər bitməyəcək. Ya bəşəriyyət  tamamilə məhv olacaq, ya da müharibə məvhumuna son qoyulacaq.

qan

Bizimyol.az //

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR