Uşaqlar zəkasını kimdən alır?
Şotlandiya Glasgow Sağlamlıq Mərkəzinin həyata keçirdiyi bir araşdırmaya görə, uşaqlar zəkasını atadan yox, anadan alır.
Sfera.az xəbər verir ki, daha əvvəlki araşdırmalarda zəkanın atadan keçdiyi düşünülürdü. Ancaq son aparılan araşdırmalarda zəka genlərinin X xromosomlarında yerləşdiyi və sözügedən X xromosom qadınlarda iki, kişilərdə isə bir ədəd olduğu aşkarlanıb.
Genləri xaricində, uşaqları daha zəkalı olan qadınların onlarla sıx əlaqə quran analar olduğunu və uşaqların problem həll etmə prosesində onları dəstəkləyən bir mövqe tutduqları görünür.
ABŞ-dakı Vaşinqton Universitetinin apardığı bir araşdırmaya görə, uşaqlarla qurulan həssas münasibət beyni inkişaf etdirir.
Anasından emosional dəstək alan uşaqların beyinlərində hipokampus (yaddaş və istiqamət tapmaqda mühüm rolu olan hissə) bölgəsinin duyğusal olaraq analarından uzaq olan uşaqlardan yüzdə 10 nisbətində daha böyük olduğu bildirilib.
Ana namizədinin hamiləlik dövründəki emosional vəziyyəti də uşağın zəkasına təsir göstərə bilir.
Hamiləliyini həddən artıq qayğılı, qorxulu, qəzəbli, bədbəxt və stresli keçirən ana namizədlərin uşaqları sonrakı dövrlərində həddindən artıq həssas olurlar.
Sıx yaşanan duyğular, bəzi kimyəvi maddələrin orqanizmə yayılaraq ana bətnindəki körpənin qan dövranı sisteminə keçməsinə səbəb ola bilir. Bunun nəticəsində də uşağın beyin funksiyaları əhəmiyyətli dərəcədə təsirə məruz qalır.
Aparılan araşdırmalarda depressiyaya meyli olan anaların uşaqlarında az da olsa fərqli beyin fəaliyyətləri olduğu müşahidə olunmuşdur.
Bu uşaqların yetkin olanda depressiyaya düşmə faizləri daha yüksəkdir.
Uşaqların zəkasını inkişaf etdirmək üçün sağlam və nizamlı qidalanma şərtdir.
Xüsusilə ilk uşaqlıq dövründə beyin inkişafı üçün alınan ərzaqların qiyməti və miqdarı əhəmiyyətlidir.
Bunların xaricində oyun oynamaq da uşağın zəkasını inkişaf etdirən mühüm bir tədbirdir.
Nizamlı idman etmək həm fiziki istiqaməti inkişaf etdirir, həm də beyin inkişafına və yaddaşa müsbət töhfə verir.
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






