339 adamın ölümünə səbəb olan TÜKLƏR ÜRPƏRTƏN GÖRÜNTÜ
Karayip ölkəsi Haitidə 339 adamın ölümünə səbəb olan Matthew qasırğasının peyk görünüşü tüklər ürpərtdi. Qasırğa az öncə ABŞ-ın Florida sahillərini təsiri altına almağa başladı.
Sfera.az-ın CNN-ə istinadən xəbərinə görə, bu səhər ABŞ sahillərinə çatan ölümcül qasırğanın Çərşənbə axşamı günü Haiti üzərindəykən çəkilən peyk görüntüsünün, skelet baş şəklində olduğu görüldü. 'Quru baş' görüntüsü ilk olaraq CNN Internationalın meteoroloji mütəxəssisi Stu Ostrom tərəfindən Twitter'da paylaşıldı. Bir çox beynəlxalq nəşr orqanında manşetlərə daşınan bu qorxunc görüntü, sosial mediada da böyük əks-səda oyandırdı. İnfraqırmızı kamera linzaları istifadə edilərək yaradılan görüntü, qasırğa Haiti üzərindən keçərkən çəkildi. NASA-nın atmosfer alimi Paul Meyer, peyk görüntüsündəki "dişlərin" soyuq konvektif buludlar olduğunu söylədi.






