Logo

DİQQƏT: Bunları qabyuyan maşında yumaq olmaz!

DİQQƏT: Bunları qabyuyan maşında yumaq olmaz!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xəbər verir ki, əvvəlcə yumaq istədiyiniz əşya hər nə olursa olsun üzərində "Qabyuyan maşınında yuyulmağa uyğundur" işarəsinin olub-olmadığını diqqət edin və ya istehsalçısıyla məsləhətləşin.

Mətbəx Taxtası

Mətbəx ləvazimatı kimi, işlənən taxtanı qabyuyan maşında yumayın. Taxtanın üzəri matlaşıb pozula bilər.

Antikvar Yemək Dəstləri

Ailə yadigarı antikvar yemək dəstlərinizi heç vaxt qabyuyan maşında yumayın. İsti su və yuyucu vasitələr yemək dəstlərinizin üzərindəki qızıl örtüyü və əl boyasını çıxara bilər.

Mis Mətbəx Ləvazimatı

Qabyuyan maşını mis qabların solğunlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün mis mətbəx qablarınızı əllə yuyun.

Tökmə Dəmir Tava

Çox ləzzətli yeməklər bişirməyə imkan verən tökmə dəmir tavaların ilk istifadədən əvvəl mütləq hazırlanması lazım olduğunu bilirsiniz. Tökmə dəmir tavanızı qabyuyan maşında yuyarkən, bu hazırlıq boşa getmiş olacaqdır. Bu tavaları sabun olmadan ilıq suyla yuyun.

Xrustalllar

Xrustal çox zərif bir material olduğu üçün qabyuyan maşında qırılıb, solğunlaşır. Əgər xurustalları qabyuyan maşında yumağa uyğun olduğu istehsalçı tərəfindən xüsusilə qeyd edilməyibsə əllə yuyun.

Rəndə

Xüsusən pendir kimi yapışqan yeyəcəkləri rəndələdikdən sonra qabyuyan maşında yusanız belə bu hissəciklər mütləq rəndənin deşikləri arasında qalır. Tam bir təmizlik üçün rəndəni əldə yuyun.

Sarımsaq Sıxıcı

Sarımsaq əzilmiş halda yapışqan olduğu üçün parçaları çatlaqların arasına girə bilir. Bu səbəblə də əldə yumağınız daha məsləhətlidir.

Aytac

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR