İnternetdə fenomen olan 9 həftəlik KÖRPƏ - FOTOLAR
Junior Cox-Noon hələ 9 həftəlik körpədir.
Sfera.az xəbər verir ki, körpənin şöhrəti indidən həm məhəlləsində, həm də internetdə yayılaraq fenomen olub.
İyulun sonunda İngiltərədə doğulan kiçik Cox-Noona uzun və gur saçları səbəbindən "Ayıcıq körpə" adını alıb.
32 yaşındakı anası Chelsea, onunla alış-verişə gedəndə ən az 40 dəqiqə vaxt lazım olduğunu deyir: "Onu kim görsə salam vermək və saçlarını oxşamaq istəyir. Anadan olandan bəri çox gur saçları var və heç vaxt tökülmədiyi kimi, yerinə yeniləri də çıxır. İnsanlar onun saçını kəsdirib-kəsdirməyəcəyimi soruşur, amma bu o qədər özəl və gözəl saçdır ki, kəsdirməyə ürəyim gəlmir. Həmçinin duşdan sonra kiçik Cox-Noonun saçlarını qurutmaq xeyli vaxt alır".





Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






