Gündəlik həyatınızda istifadə etdiyiniz, lakin fikir vermədiyiniz ƏŞYALAR - FOTOLAR
Sfera.az gündəlik həyatınızda istifadə etdiyiniz, lakin fikir vermədiyiniz, yaxud yanlış bildiyiniz əşyaları sizə təqdim edir:
1. Diyircəkli qələm qapaqlarındakı dəlik
Qələm qapaqlarında nə olduğunu bilmədiyimiz o dəlik, əslində boğulma riskini azaltmaq üçün istehsal edilib. Kiçik bir uşaq bu qapağı səhvən udsa, o kiçik dəlik nəfəs yolunun tamamilə tıxanmasının qarşısını alır.

2. Təyyarə şüşələrindəki dəliklər
Təyyarə şüşələrində gördüyümüz balaca dəliklərin iki səbəbi var. Biri, hava təzyiqini tarazlaşdırmaq üçündür. Çünki təyyarə havaya qalxanda təyyarənin içində və xaricində böyük bir təzyiq fərqi yaranır. Bu kiçik dəlik sayəsində o fərq tarazlanır. Kiçik dəliyin digər funksiya isə şüşənin tərləməsinə mane olmaq üçündür.

3. Şalvardakı balaca ciblər
Çoxumuz şalvarımızda olan kiçik ciblərin nə işə yaradığını anlamırıq. Çünki o hissə pul və ya başqa bir şey qoymaq üçün kiçik və dardır. Bu ciblər əslində 1800-ci illərdə istifadə edilən zəncirli cib saatlarını qoymaq üçün hazırlanmışdır.

4. Cib kənarlarındakı qəribə düymələr
Levi Straus ilk şalvarı istehsal etdikdə ən böyük problem, şalvarı geyinən işçilərin hərəkətlərindən ötrü tez-tez cırılma problemlərinin görülməsiydi (O vaxtlar şalvarı ən çox qızıl işçiləri geyinirdi). Bu düymələr də cırılma problemlərini əngəlləmək üçün əlavə edilmişdir.

5. Krasofkadakı dəliklər
Krasofkanın kənarındakı mənasız kimi görünən dəliklər havalandırma funksiyasını yerinə yetirir.
Bundan başqa, uzun olan kiçik bağları birləşdirmək üçün qeyri-adi bir sahə olaraq da düşünülüb, çünki krasofka əslində bir basketbol ayaqqabısı olaraq istehsal edilmişdir.

6. Qazan qulpundakı dəlik
Bu dəliyin iki funksiyası var. Birincisi, qazanı asmaq, ikincisi isə çirkli qaşığı ucu qazana töküləcək şəkildə qoymaqdır.

7. Makaron qaşığındakı dəlik
Bu dəlik makaronu yaxşı qarışdırmağa imkan yaradır, amma əsas funksiyası bu deyil. Əsas məqsəd, 1 nəfərlik spaqetti payını tənzimləməkdir.

8. Dərman qablaşdırmalarının qapağındakı çıxıntı
Dərman qablaşdırmasının qapağındakı çıxıntı, dərmanın qoruyucu kağızını asanlıqla deşə bilməniz üçün düşünülüb.

9. Klaviaturadakı "F" və "J" hərflərinin altındakı çıxıntılar
10 barmaq yazı yazarkən F və J hərfləri orta barmaqların dayandığı yerlərdir. Çıxıntılar sayəsində klaviaturaya baxmadan hansı hərflərdə durduğunuzu avtomatik olaraq tapa bilərsiniz.

10. İphonedakı o dəlik
İki kamera arasında görünən o balaca dəlik arxa kameranı istifadə edərkən dövrəyə girən mikrofon bölgəsidir.

11. Plastik şüşə qapağındakı şəffaf rezin dairə
Şəffaf rezin dairənin məqsədi qapağın düzgün bağlanmasını təmin etmək deyil, suyun dadının qorunması üçündür.

12. Pozanın mavi hissəsi
Pozanların mavi hissəsi əslində tükənməz qələmi silə bilir. Bu ancaq qalın və güclü kağızlarda işə yarayır.

Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






