Logo

Rihannadan artıq Azərbaycanda da var

Rihannadan artıq Azərbaycanda da var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rihannadan artıq Azərbaycanda da var

Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.

Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.

Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR