“Apple” yeni “iPhone 8” hazırlayır
Kateqoriya məlum deyil

"Apple” korporasiyasının İsrail ofisinin əməkdaşı şirkətin yeni "iPhone 8” smartfonunun üzərində işlədiyini bildirib.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, "Apple” smartfonun dizaynına bir sıra dəyişikliklər etməyə hazırlaşır. Çox güman ki, burada söhbət çərçivəsi olmayan displey və daha da yaxşılaşdırılmış kamera barəsində gedir.
Bundan başqa, "Apple” "iPhone 7s” aralıq modelindən imtina etməyi planlaşdırır.
Bundan öncə "MacRumors” bildirib ki, 2017-ci ildə istehsalına başlanacaq "Apple”in yeni smartfonu tam olaraq şüşədən hazırlanacaq. Barmaq izləri sensoru, frontal kamera və dinamik isə birbaşa displeyə montaj olunacaq.
"Apple”in rəsmi nümayəndəsi bildirib ki, bu barədə yalan şayiə və fərziyyələr barədə heç bir şərh verməyəcək.






